2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda hakim və məsləhətçisi həbs edildi

Onlar rüşvət almaqda ittiham edilir və barələrində həbs qətimkan tədbiri seçilib

Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyev rüşvət aldığına görə həbs edilib.

Az24saat.org xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.

“Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov səlahiyyətlərinə xitam verilib. Onun barədə materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Materiallar üzrə cinayət işi başlanıb. İstintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.
Bununla əlaqədar idarədə A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button