2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda hakimlər əksər vəsatətləri niyə rədd edirlər?

Azərbaycan məhkəmələrində vəkillərin qaldırdığı vəsatətlər o qədər rədd edilir ki, hətta hakimiyyətyönlü mövqeyi ilə seçilən Vəkillər Kollegiyasının sədri də dilə gəlib – problemə diqqət çəkməyə çalışıb.

Anar Bağırov öz Facebook səhifəsində yazıb ki, son vaxtlar vəkillər şikayət edir ki, məhkəmələr vəsatətlərə baxmırlar, heç bir əsaslandırma olmadan rədd edirlər.

“Bu kimi hallar ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və görülən işlərə kölgə salır. Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Vəsatət – məhkəmədən xahişdir – iddiaçı da, ittiham edilən də, zərərçəkən də, cavabdeh də, onların vəkilləri də hesab edəndə ki, məhkəmənin gedişində nəsə aydınlaşdırılmalıdı, yaxud hansısa məsələdə şəxsin hüquqları təmin edilməlidi, onda hakimə vəsatət təqdm edir.

Heç bir əsas gətirmədən

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc AzadlıqRadiosuna deyib ki, Anar Bağırov əgər belə bir həyacan siqnalı veribsə, onda bunu araşdırmaq və belə problemləri aradan qaldırmaq lazımdır.

Tez-tez ictimai, siyasi fəalların işinə çıxan vəkil Fariz Namazlı deyir ki, o da öz təcrübəsində dəfələrlə heç bir əsas gətirilmədən vəsatətlərin qəbul edilməməsinin şahidi olub.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova deyir ki, 2015-ci ildə o həbs ediləndə məhkəmədəki vəsatətlərinin demək olar ki heç biri qəbul olunmayıb.

“Cəmi bircə vəsatət təmin edilmişdi. O da qismən təmin edilmişdi. Qalan 38 vəsatətə imtina cavabı verdi hakimlər. O qədər əmin idim ki, hakimlər vəsatətə rədd cavabı verəcək, üzünə baxmadan belə vəkilə qaytaracaq vəsatəti, yazını vəsatət şəklində yazdım, verdim mühafizəçiyə, mühafizəçi onu hakimə verdi, hakim də onu üzünə baxmadan vəkilə ötürdü”.

Vəkil: “Hakimlər müstəqil deyillər”

Vəkil Fariz Namazlı deyir ki, sadə vətəndaşların işində də vəsatətlər baxılmadan rədd edilir, o deyir ki, hakimlərin vəsatətləri qəbul etməməsinin əsas səbəblərindən biri odur ki, onlar müstəqil deyillər və prokurorluq orqanlarından asılıdırlar:

“Məsələn, yüngül cəza vermək qanunda nəzərdə tutulur. Amma hakim bunu edə bilmir, ehtiyat edir ki, prokurorluq yüngül cəza kəsməyə icazə vermir. Hesab edir ki, prokuror protest verəcək, apellyasiya məhkəməsi isə məhkəmənin qərarını ləğv edəcək. İlin sonunda statistika tərtib olunanda hakimin ləğv olunmuş qərarlarının sayı göstəriləcək ki, bu qədər qərar ləğv olundu, bu da onun növbəti beş illik təyinatına təsir edəcək”.

Deputat Zahid Oruc isə deyir ki, Sovet dövründə olduğu kimi hakimlərin üzərində prokurorların nəzarət etdiyini demək doğru olmazdı, o hesab edir ki, müstəqil və öz işini yaxşı görən hakimlər də var və belələrinin sayı artırılmalıdır.

Fariz Namazlı isə hesab edir ki, hakimləri doğrudan da ədalət təminatçıcısına çevirmək, etibarı bərpa etmək üçün onlara həqiqətən də müstəqillik verməyə, ciddi məhkəmə-hüquq islahatı keçirməyə ehtiyac var.

2019-cu ildə prezident İlham Əliyev məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzalayıb. Amma bir çox müşahidəçilər bu fərmanın daha çox kağız üzərində qaldığını deyirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button