2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda internatda zorlamanın detalları… – FOTOLAR

İllər öncə və bu gün baş verən hadisələr. Bu bir az ötən illərin qaranlıq məsələlərinə aydınlıq gətirməkdirsə, bir xeyli də təhsildə siyasət deməkdir. Elə sonuncudan başlayaq. Xəzər rayonu Buzovna qəsəbəsindəki 8 saylı sanatoriya tipli ninternat məktəbində baş verənlərdən…

Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbində ötən aya kimi psixoloq vəzifəsində çalışan İmarət Mehdiyeva mətbuata müraciət edərək təhsil müəssisəsində yuxarı sinif şagirdlərinin azyaşlı oğlan uşaqlarını zorladığını, məktəbdə özbaşınalığın, nizam-intizamsızlığın baş alıb getdiyini iddia edib. O belə vəziyyətin bir il öncə məktəbə Pəri Paşayevanın direktor təyin olunmasından sonra başladığını bildirib. Yayılan müraciətdə psixoloqla yanaşı iki valideynin də direktordan şikayətçi olduğu qeyd olunub. Təhsil Nazirliyinin təşəbbüsü ilə dünən bir qrup jurnalistin 8 saylı sanatoriya tipli internat məktəbinə səfəri təşkil edilib. Jurnalistlər əvvəlcə internat məktəbində uşaqlara yaradılan şəraitlə tanış olub.
İnternat Məktəbindəki vəziyyət 
8 saylı internat məktəbində həm qızlar, həm də oğlanlar üçün əmək otaqları yaradılıb. Uşaqlara toxuculuq, muncuqla işləmə, rəssamlıq, dülgərlik peşələri öyrədilir.  Yeməkxana, dərs otaqları, hamam-tualet əsaslı şəkildə təmir edilib, bina istilik sistemilə təmin olunub.
Məktəb sanatoriya tiplidir, internatda təhsil alanlar vərəmin ilkin və sönmüş forması, bronxial xəstəliklərindən əziyyət çəkən valideynlərin uşaqlarıdır.  Ümumi orta (9-illik) internat məktəbində həm qızlar, həm də oğlanlar yaşayır və təhsil alırlar. Bura uşaqlar Azərbaycanın müxtəlif bölgələrindən gəliblər.
Pəri Paşayevaya gəlincə…
Bu xanım 2015-ci il aprel ayının 10-da məktəbə direktor təyin olunub. Təyinatından sonra təhsil müəssisəsinin bütün sənədlərini nəzərdən keçirməyə başlayıb. Problem də elə burden başlayıb. İndiyə qədər susduğu ittihamlara direktorun cavabı da maraqlı olar…
İmarət müəllimənin əmək kitabçası saxta idi
 “Məktəbin psixoloqu İmarət Mehdiyevanın şəxsi işinə baxanda əmək kitabçasının saxta olmasını aşkarladım. Bu barədə Təhsil Nazirliyinə və Xəzər rayon Polis İdarəsinə müraciət etdim. Hazırda müraciətimlə bağlı bu idarənin istintaq şöbəsində araşdırma aparılır.
15 ildir məktəbdə saxta sənədlə çalışan İmarət Mehdiyeva bundan sonra mənə  qarşı qərəzli oldu.  Əsassız olaraq mətbuatda mənim barəmdə yalan məlumatlar yaydı. Şagirdlərə təzyiq edərək məndən şikayət ərizəsi yazdırdı və öz şikayətinə əlavə edərək Təhsil Nazirliyinə göndərdi.
 Psixoloq bir valideyni də inandırıb ki…
onun birinci sinifdə oxuyan övladı yeddinci sinifdə oxuyan şagird tərəfindən təcavüzə məruz qalıb. Həmin valideyn də polisə müraciət edib. Müəllimlərin və növbətçinin izahatı alınıb, ekspertiza təyin olunub. Polis araşdırmasının nəticəsində təcavüz hadisəsinin olmaması öz təsdiqini tapıb. Müəllim və şagirdlər təsdiqləyir ki, İmarət Mehdiyeva məktəbdə psixoloq işini həyata keçirməyib. “O mən məktəbə təyin olunmamışdan öncə məktəbə belə vaxtlı-vaxtında gəlib getməyib”.
İki iş araşdırılıb…
Direktor deyir ki, İ.Mehdiyeva barəsində polisdə iki iş araşdırılıb: “Bir iş əmək kitabçasının saxta olması ilə bağlı olub. Bir iş isə..
 Belə ki, psixoloq şagird Murad Əliyevə təzyiq göstərərək ondan naməlum yazıya qol çəkməyi tələb edib. Murad buna razı olmadığı üçün ona təzyiq göstərib və onun valideynini təhqir edib. Valideyn məsələ ilə bağlı polisə müraciət edib. Ekspert rəy verib.
Qolunun göy olduğunu mən də gördüm
 Bu faktla bağlı İ.Mehdiyeva İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunub. Murad Əliyevi  İmarət Mehdiyevanın oğlu Vüqar Çərkzli də döyüb. Bu haqda da dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Polis hadisəni araşdırıb. Məhkəmənin qərarı ilə İMehdiyev və V.Çərkzəli ümumilikdə 1000 manat cərimə olunublar”.
Direktorun sözlərinə görə, psixoloqun şagirdləri döymə, təxribata çəkmə və şər-böhtan atma faktları ilə bağlı 24 may 2016-cı il tarixində məktəbdə Pedaqoji Şuranın iclası keçirilib və məsələ müzakirə olunub: “İclasda İ.Mehdiyevanın özü də iştirak edirdi. İclasda video çəkiliş aparılıb. Qərara alındı ki, İ.Mehdiyavanın əməlləri ilə bağlı məktəbin Həmkarlar Şurasına təqdimat verilsin. Təqdimatda məktəbdə psixoloq vəzifəsində çalışan İmarət Mehdiyevanın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi istənilirdi.
Məktəbin Həmkarlar Şurası iclas keçirdi. Bu iclasda da İ.Mehdiyeva iştirak etdi. İclasda qərara alındı ki, o, “Təhsil haqqında” qanunu, Uşaq Hüququ Konvensiyasını və etik davranışlarını pozduğuna, həmçinin öz vəzifəsindən sui-istifadə etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə qərar qəbul etdi”.
Direktor bildirir ki, İ.Mehdiyevanın ona və məktəbə qarşı iddiası əsasında mediada yayılan məlumatlara görə, Təhsil Nazirliyində və Daxili İşlər Nazirliyində araşdırma aparılıb: “Bununla yanaşı, onun işdən əsassız olaraq çıxarılması  iddiası ilə bağlı Təhsil Nazirliyinə etdiyi müraciət araşdırılıb. Məsələni nazirlik araşdırıb və onun işdən çıxarılmasının əsaslı olması ilə bağlı qərar verib”.
Bacıların narazı anası…
Direktor Pəri Paşayevanın sözlərinə görə, bu məktəbdə təhsil alan Tahirə və Leyla  bacılarının anası Aysel İbrahimovanın da ondan şikayəti əsassız və qərəzlidir: “O həyat yoldaşından boşanma və aliment iddiası ilə Beyləqan rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmədən adıma sorğu gəlmişdi. Sorğuda Tahirə və Leyla  bacılarının bu məktəbdə təhsil alıb-almaması soruşulurdu. Mən məhkəməyə cavab verdim ki, bəli, Tahirə və Leyla  bacıları tam dövlət təminatı ilə 8 saylı sanatoriya tipli internat məktəbində təhsil alır.
Uşaqlar dövlət təminatı ilə təmin olunduğu üçün məhkəmə aliment qərarını vermədi. Bundan sonra Aysel İbrahimova məndən narazı qaldı. Bunu da İmarət Mehdiyeva bilirdi və bu məqamdan onu özünə qoşdu. Mənim psixoloq İmarət Mehdiyevanın şagirdlərlə işləməsini tələb etməyim və əmək kitabçasının saxta olması barəsində müraciətim onun qəzəbinə tuş gəldi və mənim barədə mediada əsassız məlumat yaydı”.
 
 Bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button