2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb, o cümlədən qeyri-neft sektorunda 5,5%-dən çox artım qeydə alınıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən biri özəl müəssisələr üzrə əsas kapitala yönəldilən investisiyalardır.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz ilin ilk yeddi ayında özəl investisiyalarda 1,7% səviyyəsində artım qeydə almışıq. Ölkənin ixracı 31%, o cümlədən qeyri-neft ixracı 37% artaraq 1,6 mlrd. dollara çatıb. Digər makrofiskal, makroiqtisadi göstəricilər kifayət qədər nikbindir və bir sıra proqnozu üstələyir”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım tempi 2,7% təşkil edib.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button