2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda istehlak kreditləşməsi 5 illik minimuma enib

Azərbaycanda bütün maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 5 illik minimuma enib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Hesabata əsasən, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 2017-ci il fevralın 1-nə 34,8% (5 814,0 mln. manat) təşkil edib. Qeyd edək ki, bu göstərici 2012-ci ildə 35,3% (4 316,7 mln. manat), 2011-ci ildə 33,7% (3 315,0 mln. manat) olub, 2014-cu ildə isə 44%-ə (7 731,8 mln. manat) yüksəlib.
Qeyd edək ki, cari il fevralın 1-nə cəmi kredit portfelinin həcmi 16 705,2 mln. manat təşkil edib, bunun da 9,8%-nin və ya 1 633,1 mln. manatının ödəniş vaxtı keçib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button