2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda karantin rejimi sərtləşdirilib, COVİD – pasport məcburidir

Bakı/26.07.21 İyulun 26-da Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən Azərbaycanda karantin rejimi sərtləşdirilir. 

Belə ki, bu il sentyabrın 1-dən dövlət qurumlarının və bir sıra digər müəssisələrin əməkdaşlarının 80 faizi koronavirus peyvəndinin ilk dozasını, oktyabrın 1-dən isə ikinci dozanı vurdurmuş olmalı,  ya da COVİD-19-dan immunitetin olması haqda sertifikata malik olmalıdır.

Bu tələb kommunal strukturların işçilərinə aiddir: elektrik, qaz, istilik, su təchizatı, zibillərin yığılması və emalı; nəqliyyat, logistika və kommunikasiya sektoru; dəniz, hava və yük daşımaları, o cümlədən taksi; poçt və kuryer xidməti; telekommunikasiya və rabitə; sosial xidmətlər, ticarət və iaşə; yemək hazırlanması və çatdırılması; turizm sahəsi, mehmanxanalar, turizm agentlikləri; maliyyə və sığorta sahələri; poliqrafiya, xidmət və bütün növ avadanlıq, avtomobil və maşın, eləcə də ev texnikası və kompüterlərin təmiri; memarlıq və layihələndirmə sahələri; reklam; təhsil, tərcümə, dizayn, foto işləri; yaşayış evlərinə xidmət, dezinfeksiya, xalçaların yuyulması, bərbərxana və dərzi; baytarlıq xidməti.

Saytların yığılması Saytlarin yigilmasi

Orta- ixtisas müəssisələrinin 18 yaşdan yuxarı bütün şagirdləri 1 sentyabrdan COVİD-19 pasportuna sahib olmalıdırlar. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button