2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda karantinin özəllikləri

Rafiq Manaflı

İlham Əliyev özünə müxalif hesab etdiyi adamlar üçün bütün bənd-bərələri bağlayıb. Neçə illər beynində gəzdirdiyi hissləri son bayram çıxışında “onlar düşməndir” deyə dilinə də gətirdi. Dəfələrlə müxtəlif çıxışlarda bütün iş mənbələrindən uzaq saldığı müxalifətin ümumiyyətlə yaşamasına heyrətləndiyini gizlətməyib.
Necə İlham Əliyev bizim acından ölməməyimizə təəccüblənirsə, eləcə də biz işsiz-gücsüz, heç bir gəliri olmayan böyük insan kütləsinin nə ilə dolandıgına təəccüb eririk.
Aydındır ki, koronovirus pandemiyası bütün dünyanı sıxıb, bütün ölkələr karantin rejimində məhdudiyyətlər tətbiq edirlər, Azərbaycan da o cümlədən. Hesab edirəm ki, bu düzgün qərardır, insanlar imkan daxilində maksimum bir-birindən təcrid edilməlidirlər. Bununla belə, Azərbaycanda karantin vəziyyətinin iki özəlliyi var:

Saytların yığılması Saytlarin yigilmasi
  1. Azərbaycanda böyük insan kütləsinin nəinki bir aylıq, heç iki-üç günlük ehtiyatları yoxdur. İnsanlar bu günlə yaşayırlar, sabaha “allah kərimdir”.
  2. Dünyanın hər yerində karantin rejiminə nəzarət edənlərin fəaliyyəti bütün məhdudiyyət və qadağaları insanı qorumaq müstəvisindədir. Bizim nəzarətçilərin isə bir amalı var – cərimə, daha çox cərimə, nə qədər mümkündür insanları daha çox yolmaq.
    Xalqın malını yeməkdən başları piylənmiş məmur sürüsü anlamaq istəmir ki, cərimələyib özünün, ailəsinin belini qırdıqları o adamlar özlərinin düşməni deyillər. Onlar da özlərini, ailələrini bu bəladan qorumaq istəyirlər. Onu evdən çıxmağa məcbur edən evində ac qarnı quruldaya-quruldaya ona zillənmiş gözlərdir.
    5-10 manat qazanmaq ümidi ilə çölə çıxanı tutub 100 manat cərimə edən rejimin başında dayananlar nədirsə də insan deyillər. Bu ağır günlərdə sən ona 20-30 manat yardım etmisən ki, 100 manat qulağını kəsirsən?
    Necə dövlətin yaxasını cırıb Tofiq Yaqublunu şərləməsi siyasi terrordursa, eləcə də çörək üçün 5-10 manat ümidi ilə evindən çıxanların tutub cərimələməsi sosial-iqtisadi terrordur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button