2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda koronavirusdan 13 nəfər vəfat edib

Bakı/18.10.21 Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1245 yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 min 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 812 nəfər müalicə olunaraq sağalıb, 6 min 778 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 862 nəfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 153, bu günə qədər isə ümumilikdə 5 milyon 32 min 555 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button