2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Azərbaycanda koronovirusa yoluxanların sayı artacaq, amma…”

Yayımlandı: 15 İyul 2022 15:06

Zənn edirəm ki, yoluxma artsa da, ciddi qapanmalar olmayacaq”

“Azərbaycanda ötən aylarla müqayisədə koronavirusa yoluxmada artım var. Gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşların karantin qaydalarına əməl etməyi vacibdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Səhiyyə Nazirliyinin eksperti, terapevt Zakir Quliyev deyib.

O əlavə edib ki, Avropa virusoloqları iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkarlanan və hazırda Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan “COVID-19” “omikron” ştamının yeni variantının (BA.2.75) yayılmasından narahatdırlar.

Ekspert deyib ki, “BA.2.75” variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır.

Ümumdünya Səhiyyə Təşkilatı iyunun əvvəlində qlobal olaraq “COVİD-19” virusuna yoluxma hallarının təxminən 20 faiz artdığını açıqlayıb.

İyulun 8-də Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb ki, ölkədə yoluxmanın artım dinamikası 48 faiz artıb.

Səhiyyə Nazirliyi, Foto: Meydan TV

Açıqlamada qeyd olunub ki, yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımlar atıla, karantin rejimi sərtləşdirilə bilər.

Azərbaycanlı səhiyyə mütəxəssisləri yoluxma hallarının çoxalmasını istinsa etmirlər. Lakin bununla belə, ölüm sayının artmayacağını deyirlər.

Uroloq-androloq Vasif İsmayılin sözlərinə görə, Azərbaycanda da digər ölkələrdə olduğu kimi koronovirusa yoluxanların sayı artacaq:

“Yoluxma artsa da, ciddi qapanmalar olacağını zənn etmirəm. Çünki cəmiyyət buna kifayət qədər hazırdır. İmmunizasiya və peyvənd olunmuş insanların sayı çoxdur. Ona görə də narahat olmağa dəyməz. Yeni ştammalarla bağlı isə hələ təhlükəli fakt qeydə alınmayıb”.

Vasif İsmayıl
Foto: Vasif İsmayılın şəxsi arxivindən

Həkim-cərrah Adil Qeybullanın fikrincə, hazırda Azərbaycanda yoluxma sayı artsa da, epidemioloji mənzərə qorxulu deyil:

“Amma bir məqamı nəzərə almaq lazımdır ki, pandemiya hələ bitməyib. Azərbaycanda karantin qaydalarının xeyli yumşaldılması, çoxunda arxayınlıq yaradıb. Pandemiyanın sona çatdığını yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) kimi nüfuzlu tibb qurumları açıqlaya bilər”.

“Hazırda Amerikada, Yaponiyada daha təhlükəli ştammlar peyda olub. Ona görə də hesab edirəm ki, biz də müəyyən tədbirlərə əl atmalıyıq. Birmənalı proqnoz vermək çətindir, amma pandemiya bitmədiyi üçün bu cür sürprizlər ola bilər”, – deyə Adil Qeybulla bildirib.

Adil Qeybulla
Adil Qeybulla, Foto: Meydan TV

Həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, “omikron” ştamının yeni variantının olan “BA.2.75” hətta normal qripdən də zəifdir:

“Uzağı 3-4 gün çəkir və demək olar ki, fəsadı yoxdur. Bəzi hallarda baş ağrıyır. Yorğunluq, halsızlıq halları ilə müşayiət olur. Vəssalam. Yəni bildiyiniz, normal yay qripidir”.

Koronavirus 2019-cu ilin sonunda ilk dəfə Çində yayılıb.

2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

2022-ci ilin əvvəlindən bütün dünyada olduğu kimi Azərbaycanda da virusa yoluxma halı kəskin enib.

Aprelin 22-də Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilib.

Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarə əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.

Mayın 1-dən isə tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbi ləğv edilib. Ancaq Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

Səbəb kimi pandemiya göstərilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button