2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Azərbaycanda mənzillərdən hostel və otel kimi istifadəyə icazə verilir

Asim Mollazadə: “Dünyada belə bir prakatika yoxdur” Hadı Rəcəbli: “Bu, vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”
Azərbaycanda çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi mümkün olacaq. Bununla bağlı Milli Məclisin aprelin 25-də keçirilən iclasında Mənzil Məcəlləsinin 20-ci (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) maddəsində dəyişiklik müzakirə edilib.

Layihəyə əsasən, Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər. Özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Müzkairələrdə iştirak edən deputat Asim Mollazadə dəyişikliyə qarşı çıxıb. O, yaşayış mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib. Bunun dünya praktikasına zidd olduğunu və vətəndaşların hüquqlarını kobud sürətdə pozduğunu deyən deputat vurğulayıb ki, məsələyə yenidən baxmaq lazımdır. “Çünki bununla vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir prakatika yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Asim Mollazadənin dedikləri yanlış adlandırıb. O vurğulayıb ki, dünyada yetərincə belə faktlar var. “Hətta Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab ediərm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

Spiker Oqtay Əsədov da Hadi Rəcəblinin fikrini dəstəkləyib. “Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur. Ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

Deputat Əflatun Amaşov isə Gürcüstan praktikasını misal çəkib. ərək qeyd edib ki, “Təkcə 2016-cı ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb. Gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb. Orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.
Layihə səsə qoyularaq qəbul edilib.

bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button