2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda Milli Teatr Günü: Bakıda və regionlarda…

Yayımlandı: 10 Mart 2023 15:03

“Rayonlarda sosial-iqtisadi vəziyyət çox bərbaddır”

Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Teatrşünas Vidadi Qafarov hesab edir ki, son illər Azərbaycan teatr prosesində canlanma hiss olunur. Bu, xüsusuilə 2021-ci ildən etibarən ölkədə keçirilən festivallarla əlaqədardır.

“İndi demək olar ki, bütün teatrlarda tamaşa zamanı zalın ən azı 50 faizi tamaşaçı ilə dolu olur. Teatra tez-tez gedən adam kimi bunun şahidiyəm. Hətta bəzən tamaşaçılar premyera günlərində bilet tapmadıqları üçün şikayətlənirlər də”, – teatrşünas deyir.

O təəssüflə qeyd edir ki, bunu rayonlarda fəaliyyət göstərən teatrlara şamil etmək mümkün deyil:

“Rayonlarda yerləşən bəzi teatrlarda bu problem yenə də var. Çünki rayonlarda sosial-iqtisadi vəziyyət çox bərbaddır. Eyni zamanda əhalinin demoqrafik məsələləri buna ciddi mane olur. Rayonlarda əhali demək olar ki, qalmayıb. İş yerlərinin olmaması və s. maddi problemlər onların böyük əksəriyyətinin Bakıya, yaxud da digər regionlara köçməsinə səbəb olub. Rayon teatrlarında tamaşaçı qıtlığı məhz bu səbəbdəndir”.

Vidadi Qafarov
Vidadi Qafaro. Foto: “teatro.az”

Vidadi Qafarovun fikrincə, teatr aktyorlarının əməkhaqları qaldırılmalıdır:

Bizdə yüksək maaş alan teatr müəssisələri akademik teatrlardır. Onların da sayı üç-dördür. Qalan teatrlar isə qeyri-normal əməkhaqqı alırlar. O maaşla yüksək səviyyəli yaradıcılıq nümayiş etdirmək mümkün deyil. Heç bir aktyor Robinzon deyil və adada tək yaşamır. Ailəsi, uşağı var. Cəmiyyətdə yaşayır, geyimi, gündəlik qayğıları var. Aktyorun özünün fərdi, fərqli yaşayış tərzi var. Ona görə də aktyorlara nə təklif gəlirsə, imkansızlıqdan məcbur hamısına qaçmalı olurlar. Biri var ki, beş tamaşada oynayasan, biri də var, həm film və serial çəkilişlərinə, həm dublyaja, həm radioda veriliş aparmağa, həm də toyda çıxış etməyə qaçasan. Bunlar aktyorların inkişafına, yaşayış tərzinə, yüksək səviyyədə obrazların meydana çıxmasına mane olur”.

Teatrşünas müstəqil teatrlardan da danışıb.

O bildirib ki, müstəqil teatrlar yaranı, lakin sonrakı mərhələdə fəaliyyətini davam etdirmək çətinləşir:

Özəl teatrlarda vəziyyət həm yaxşıdır, həm də pisdir. Ona görə yaxşıdır ki, ölkədə özəl teatrların sayı kifayət qədərdir. Onlar fəaliyyət göstərməyə çalışırlar. 2022-ci ildə Xalq artisti Vidadi Həsənovun təşəbbüsü və rəhbərliyi ilə “Teatr baharı”- I Müstəqil Teatrlar Festivalı keçirildi. Bu festival göstərdi ki, Azərbaycanda müstəqil, özəl teatrlar funksionladırlar və işləyə bilərlər”.

Təəssüf ki, müstəqil teatrlara xüsusi dövlət dəstəyi yoxdur. Bu teatrlar ən çox da məkan problemi yaşayırlar. Özəl teatrların maddi durumu yaxşı deyil. Hər bir tamaşanın təşkili üçün müəyyən maliyyə xərcləri lazımdır. Bu mənada dövlət müstəqil teatrları dəstəkləməlidir ki, onlar inkişaf etsinlər”, – deyə o bildirib.

Azərbaycan Milli Teatrının əsası 1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə qoyulub.

Həmin vaxtdan etibarən Azərbaycanda hər il martın onunda Milli Teatr Günü kimi qeyd olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button