2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda muzeylərin günü…

muzeBu gün Beynəlxalq Muzeylər günüdür. Günün önəmi və özəlliyi öz yerində. Amma son onilliklərin ən böyük muzey qarətləri ilə tarixə düşən ölkə üçün bu günün anlamı bir başqa. Ötən onilliklərin tarixinə ona görə baxmalıyıq ki, bu zaman kəsiyində ölkənin zəngin xəzinəsindən gedən minlərlə dəyərli sənət əsəri hələ də geri qayıtmayıb. Onların bir hissəsi torpaqların işğalı zamanı talan olunub daşınıb, bir hissəsi isə oğurlanaraq müəmmalı şəkildə it-bata düşüb gedib. 23 il əvvəl “əsrin oğurluğu” olaraq tarixə düşən hadisəni unutmamısınız hər halda. Məlumunuz olsun ki, o zaman İncəsənət Muzeyindən oğurlanan eksponatların önəmli bir hissəsi tapılıb geri qaytarılmadı və eləcə də, unudularaq getdi.

Ümumiyyətlə, dünya praktikasına baxsaq, Azərbaycan muzeylərinin son onillklərdə ən çox talanan muzeylər olduğu qənaətinə gələ bilərik. Mətbuatda dəfələrlə açıqlandığı kimi, bu illərdə həm paytaxtdakı məşhur muzeylərdən, həm də yerlərdən çox sayda qiymətli eksponatlar yoxa çıxıb. Sənətşünas Ziyadxan Əliyev keçmiş müsahibələrinin birində onların təxmini siyahısını da açıqlamışdı. Bunlara İncəsənət Muzeyindən aparılan 275 əsər, həmin muzeyin bağından yoxa çıxan “Ana körpəsi ilə” heykəli, Filarmoniyadan itən qədim vaza, Tarix Muzeyindən yoxa çıxan 70-ə yaxın xalça, Musiqi Mədəniyyəti Muzeyindən yoxa çıxan “Saz əsa” və yerli muzeylərdə qarət olunan minlərlə eksponat daxildir. Acınacaqlısı odur ki, bu oğurluqların çoxunun günahkarları tapılmır və beləliklə, həmin qiymətli eksponatların da izi aradan itib gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Hələ problemlər bununla da bitmir. Müşahidələr göstərir ki, ölkədəki 203-ə yaxın muzeyin hamısında vəziyyət bənzərdir. Əyalətlərdəki 181 muzey gözdən-könüldən iraq olduğu üçün orda baş verənlərdən xəbər tutan da olmur. Bölgədəki belə muzeylərdən birinin əməkdaşı deyib ki, son iki onillikdə rayon muzeyləri talanaraq, qiymətli eksponatları xaricə daşınıb. Fondda olan və ya yeni tapılan dəyərli eksponata yuxarılardan həmin anda göz dikənlər meydana çıxır.

İşğal olunmuş bölgələrimizdə talana məruz qalan xəzinənin miqyası isə daha böyükdür. Rəsmi rəqəmlərə görə müharibəyə qədər o bölgələrimizdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. İşğal altında olan ərazilərimizdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Həmin muzeylərdən yalnız bir neçəsinin,
Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialının, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin müəyyən eksponatları çıxarılıb. Yerdə qalan təxminən 100 mindən çox eksponatı olan muzeylər isə talanıb dağıdılıb. Ölkədə muzeylərin işinə məsul olan rəsmi qurumlar hər ilin bu günü gələndə baş verən talanın “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına zidd olduğunu bəyan edib ürəyini soyudur. Amma dərd ondadır ki, heç nə dəyişmir. Hər il eyni eyni durum, eyni çıxışlar, eyni bəyanatlar. Bizdən gedənlər isə, əfsus ki, geri qayıtmır. Nə öz oğrularımızın əli ilə yoxa çıxarılanlar, nə də işğalçıların əli ilə qarət olunub aparılanlar…

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button