2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Azərbaycanda narkomaniya SSRİ dönəmi ilə müqayisədə dəfələrlə artıb”

 

Mahmud Hacıyev: “Sovet dönəmində ölkəmizdə geroin, kokain, tiryək demək olar ki, yox idi”

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev 24saat.org-a açıqlamasında Azərbaycanda narkomaniyanın mövcud durumu ilə bağlı narahatlığını dilə gətirib. Məşhur hüquqşünasın sözlərinə görə, ölkəmizdə güclü təsiretmə qabiliyyətinə malik narkotik vasitələrin satışı və istifadəsi çoxalıb ki, bu da ciddi mübarizə vasitələrinin tətbiqini zəruri edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Narahatverici haldır ki, SSRI dönəmi ilə müqayisədə Azərbaycnda narkotiklərin alışı, satışı, istifadəsi və s. həddindən artıq artıb. SSRİ dönəmində Azərbaycanda geroin, kokain, tiryək deyilən şey demək olar ki, yox idi. Sovet dönəmində narkoman ot mənşəli narkotik vasitələri çəkənlərə deyirdilər. Lakin bu gün narkotik sözün həqiqi mənasında dünyanı başına götürüb.

Azərbaycanın hər yerə qapısı var. Bu qapılar heç də həmişə xoşbəxtlik gətirmir. Hərdən bir bədbəxtlik də gətirir. Mən bunu narkomaniya nöqteyi-nəzərindən deyirəm. Əfqanıstan, Pakistan, Tacikistan, Özbəkistan, İran və s. ölkələrlə gediş-gəliş, corafi şərait narkotik ticarətinin yayılmasına təsir göstərir. SSRİ də eyniylə Şimali Koreya kimi qapalı ökə idi. Onun sərhəddindən quş da uça bilmirdi. Bu səbəbdən də SSRİ məkanında narkomaniya o qədər də inkişaf etmirdi. Sərhədlərin açılması narkomaniyanın da gəlişinə şərait yaratdı. Bu gün narkomaniyanın mövcud durumu effektiv tədbirlər həyata keçirməyi yələb edir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button