2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda oğruların iyrənc planı: öz arvadını ev sahibi ilə…

Oğurluq edərkən öz arvadını ev sahibinin yanına göndərən şəxsə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.
Onlar məhkəmə istintaqı zamanı oğurluq etikləri zaman vurduqları ziyanı ödəyiblər.
Hadisə bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda baş verib.
Rayon sakini Ramazan Əsgərov polisə müraciət edərək evində usta işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimovun evindən 12 min manat oğurladığını deyiblər.
Oğurluq hadisəsinjn ilginc məqamları ilə bağlı istintaq sənədlərində üzə çıxıb ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə geceni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib.
Emin Mehdiyev də usta kimi işlədiyi evdə külli miqdarda pul olmasından xəbər tutub.
Bu zaman E.Mehsiyev usta olan tanışı Namiq Məsimova xəbər verib. Namiq Məsimov da öz həyat yoldaşını Ramazan Əsgərovun evinə gətirib. Ramazan Əsgərov gecəni qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar.
Bildirək ki, məhkəmə dövründə isə onlar bunu təsdiq etməyib. Bildiriblər ki, Ramazan Əsgərova yemək bişirmək üçün qadıb lazım olduğu üçün Namiq Məsimov öz həyat yoldaşını həmin mənzilə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button