2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda ölümün əsas səbəbləri… – 24 saat

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son ildə də Azərbaycanda ölüm artıb, doğuş azalıb. Ötən il ölkədə 76 min 878 ölüm halı qeydə alınıb. 2020-ci ildə isə Azərbaycanda qeydə alınan ölüm hallarının sayı 2019-cu illə müqayisədə 35 faiz artaraq 75 min 647 nəfərə çatmışdı. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi olmuşdu və orada təqribən 3 min itki olduğu açıqlanmışdı. Üstəlik, koronavirusdan da 2 min 600-dən çox şəxsin vəfat etdiyi vurğulanmışdı.

Amma 2021-ci ildə ümumi ölüm sayında 2020-ci ilin rəqəmi də geridə qalıb. Hərçənd, ötən il də bu virusa yoluxanlardan təqribən 5 min şəxsin vəfat etdiyi bildirilib. Lakin Azərbaycanda ölüm halı tək son iki ildə yox, əvvəlki illərdə də artıb. Bunun əvəzində isə doğuşda ildən-ilə azalma qeydə alınır.

Saytların yığılması Saytlarin yigilmasi

BMT-nin proqnozu…

BMT-nin Əhali Fondu və İnkişaf Proqramının Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında da diqqət çəkən məqamlar var. Orda ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı (hazırda 10 milyondur), 2050-ci ildən etibarən azalan tendensiya üzrə davam edəcəyi proqnozlaşdırılır.

Səhiyyə Nazirliyindən isə “Turan”a bildirilib ki, 2021-ci il üzrə ölüm səbəbləri ilə bağlı detallı statistika, hələlik, yoxdur: “Amma 2020-ci ildə ölkədə əhalinin hər 100 min nəfərinə hesabı ilə kişilər arasında bütün əsas səbəblərdən ölənlərin sayı qadınlardan xeyli yüksək olub”.

“Qan dövranı sistemi xəstəlikləri…”

Qurumun məlumatına görə, 2020-ci ildə Azərbaycanda ən çox ölüm qan dövranı sistemi xəstəliklərindən baş verib: “Birinci yerdə gələn bu səbəbdən 2020-ci ildə 20 min 277 qadın və 20 min 951 kişi vəfat edib. Ölkə üzrə ölümün digər səbəbi isə bəzi infeksion və parazitar xəstəliklərdir. Onlardan 2 min 382 qadın və 3 min 493 kişi ölüb”.

Vurğulanıb ki, yenitörəmələrdən 4 min 296 qadın, 5 min 583 kişi, tənəffüs sistemi xəstəliklərindən 1 min 421 qadın, 1 min 728 kişi, həzm sistemi xəstəliklərindən 969 qadın, 1 min 551 kişi, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən də 938 qadın, 5 min 122 kişi vəfat edib.

Tibb üzrə elmlər doktoru Adil Qeybullanın AzadlıqRadiosuna bildirməsinə görə, letallıq, ölüm və bir də xəstəlik göstəriciləri. var: “Letallıq göstəriciləri konkret olaraq xəstəlikdən ölüm hallarına aiddir”.

“Statistika real vəziyyəti göstərmir”

Ekspert qeyd edib ki, müharibədə xeyli gənc insan həyatını itirib: “Bu, ölüm yaşının statistikasına gələcəkdə təsir edəcək”.

Koronavirus pandemiyası səbəbindən çoxlu insanların öldüyünü deyən A.Qeybullanın sözlərinə görə, bu da statistikaya ciddi təsir göstərir.

O vurğulayıb ki, statistika real vəziyyəti göstərmir: “Ölüm göstəricilərində artım var. Onkoloji xəstəliklərin xüsusi çəkisi artıb. Ölkədə çox ciddi şəkildə ekoloji məsələlər var, qida, dərman təhlükəsizliyi problemi var. Bunların hamısının əhalinin genofonduna və ömrün qısalmasına təsiri var”. (Azadlıq Radiosu)

24 saat” “Azərbaycanda ölümün əsas səbəbləri… – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button