2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda "omikron" ştamına yoluxma halı qeydə alınmayıb

Bakı/28.12.21 Bu günədək Azərbaycanda “omikron” ştamına yoluxma halı qeydə alınmayıb. Bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, dekabrın 28-də keçirilən brifinqində bildirib.

Onun sözlərinə görə, “Omikron”la bağlı vəziyyət diqqət mərkəzindədir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva isə bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət stabildir, koronavirusa yoluxma göstəricisi aşağı enib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, son dəfə bu ilin noyabrın əvvəlində yoluxma sayında artım qeydə alınıb.

“Həmin dövrdə yoluxma faizi 21-ə çatmışdı. Ölkədə vaksinasiya strategiyası başlayandan bu günə qədər vaksinasiya təsiri altında heç bir qapanmalara getmədik”, deyə Qarayeva qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan ediləcək. Xatırladaq ki, COVİD-19 pasportunun müddəti 6 aydır.

Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib ki, Azərbaycanda hazırda Türkiyə istehsalı olan TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir.

“Vaksinlə bağlı rəsmi sənədləşmə bitib və Azərbaycana təqdim olunub. Vaksinin üçüncü fazada təsdiqinə müsbət rəy verilib”, deyə o qeyd edib. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button