2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Azərbaycanda polis rəisinin müavini işgəncə verdiyinə görə mühakimə edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sabiq rəis müavini, polkovnik Əliqulu Ağalıyevin mühakiməsi başlayıb. O, polis bölməsində vətəndaş Əli Allahverdiyevə işgəncə verməkdə ittiham olunur.

Martın 5-də hakim İradə Həsənzadənin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Ə.Ağalıyev özünü təqsirli bilmədiyini söyləyib. O bildirib ki, zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcək.

Məhkəmədə Penitensiar Xidmətin əməkdaşları şahid qismində dindiriliblər. Onlar zərərçəkmişin üzərində xəsarət izlərini görüblər.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərçəkmiş məhkəmə iclasında iştirak etməyib. Bildirilib ki, o, ölkə xaricindədir.

Bu səbəbdən məhkəmə martın 12-nə qədər təxirə salınıb.

Təqsirləndirilən Ə.Ağalıyev həbs olunmayıb, onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Ə.Ağalıyev Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki, razılığıyla başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsilə ittiham olunur. Bu əməl üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, zərərçəkmiş Ə.Allahverdiyev 2016-cı ildə maşınlardan oğurluqla əlaqədar şübhəli şəxs qismində tutularaq, Qaradağ rayonu, 10-cu polis bölməsinə gətirilib. O, bölmədə işgəncələrə məruz qaldığını deyib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button