2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda problemli kreditlərdə ən yüksək paya malik olan rayon açıqlanıb

Bu ilin avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 937,5 mln. manat təşkil edib. Bu göstərici iyulda əvvəlki aya nisbətən 2,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,8% azalıb.

Problemli kreditlər ümumi portfelin 6,1%-ni təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır. Təkcə Bakı şəhərində vaxtı keçmiş kreditlərin həcmi 754,1 mln. manat və ya paytaxt üzrə ümumi kredit qoyuluşlarının 6,4%-ni təşkil edib.

Ölkədə problemli kreditlərin ən yüksək payına malik olan rayon Gədəbəy olub. Sözügedən rayonda problemli kreditlərin həcmi 1,8 mln. manat və ya rayon üzrə kredit portfelinin 14,4%-ini təşkil edib. Problemli kreditlər portfelində ən az pay sahibi olduğu rayonlar isə Sədərək (1%) və Şərur (0,8%) olub.

Saytların yığılması Saytlarin yigilmasi

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button