2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda qadın killer tutaraq sevgilisini öldürtdü

İtkin düşən Quba sakininin axtarışları zamanı ağır cinayətin üstü açılıb. Məlum olub ki, həmin şəxsi sevgilisi killer vasitəsilə öldürtdürüb.

Hadisə 2018-ci ildə baş verib.

Belə ki, 2018-ci ilin iyul ayında Quba sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb. Daha sonra məlum olub ki, İ.Fərhadovu qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sifarişi ilə 38 yaşlı Şahsuvar Əsədov tüfənglə qətlə yetirilib. O, meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb. Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov saxlanılıb. Killer sifarişçinin adını istintaqa deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsədov 19 il, Ə.Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya və kassasiya şikayəti veriblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb. (Baku.ws)

24 saat” “Azərbaycanda qadın killer tutaraq sevgilisini öldürtdü” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button