2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda qida məhsulları son 1 ildə 21 faiz bahalaşıb

İqtisadçı: “Qida məhsulları 21 faiz artıb və bu, insanların həyatına birbaşa təsir edir”

Son bir ildə Azərbaycanda qida məhsullarının 21 faiz bahalaşdığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı Fərid Mehralızadə deyir ki, əhalinin gəlirlərinin təxminən yarısını qida və ərzaq xərclərinə sərf olunur:

“Odur ki, artım insanların həyatına birbaşa təsir edir”.

İqtisadçının sözlərinə görə, bu gün bütün dünyada ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur.

Onun fikrincə, səbəb təchizat zəncirinin pozulmasıdır:

“Pandemiya məhdudiyyətləri daşımaların xərcinin artmasına təsir edib. Eyni zamanda, iqlim dəyişikliyi məsələləri, quraqlıq və su qıtlığının da qiymət artımında rolu olub”.

“Səbəblərdən biri də fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsidir. Hər iki ölkə dünya kənd təsərrüfatı bazarında böyük rola malikdir. Xüsusən də dənli bitkilərin istehsalında. Nəticədə həmin iki ölkə arasındakı müharibə də dünyada ərzaq məhsullarının qiymətinin kəskin artmasına səbəb verib”, – deyə iqtisadçı bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz təşkil edib.

O cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9, qeyri-ərzaq məhsulları üzrə 106,6, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz olub.

Bu ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin may ayına nisbətən isə 113,7 faiz təşkil edib.

Bu ilin mayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, əvvəlki ilin may ayına nisbətən 120,2 faiz olub.

Mayda bir ay öncəyə nisbətən ərzaq məhsullarından daha çox makaron, vafli, peçenye, manna yarması, un, toyuq əti, kolbasa, balıq konservləri, xama, qatılaşdırılmış şəkərli süd, pendir, kərə və bitki yağları, alma, armudun, limon, çuğundur, yerkökü, kartof, şəkər və şəkər tozunun qiyməti bahalaşıb.

Eyni zamanda, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətində də artım var.

Yumurta, banan, çiyələk, xiyar, pomidor, kələm, soğan, sarımsaq, göy lobyanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

2022-ci ilin mayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin may ayına nisbətən 107,1 faiz təşkil edib.

Bu ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.

Azərbaycanda bahalaşma dalğası ötən il dizelin qiymətinin qalxması ilə başlayıb.

İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi.

İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi.

Bahalaşmanın 20 faiz olduğu bildirildi. Ardınca kənd təsərrüfatı mallarında, ərzaq məhsulları, ət, un, yağ, meyvə və tərəvəzin qiymətində artım başladı.

Noyabrda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik qəbul edildi və bəzi dövlət rüsumlarının məbləği artdı. Bura baytarlıq şəhadətnaməsinin verilməsi, nikahın qeydə alınması, mobil cihaz rüsumları, avtomobil qeydiyyat nişanı rüsumu və s. daxildir.

2021-ci ildə isə bahalaşma ət məhsulları və un məmulatlarının qiymətinin artması ilə davam etdi.

Rəsmilər isə bunu dünyada taxılın qiymətinin artması ilə izah edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button