2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda rəisin gəlinini qaçırdılar

Ölkədə şok hesab oluna bilən hadisə baş verib: Rəis oğluna nişanlı olan qız satıcı işləyən birinə qoşularaq qaçıb, rayon qarışıb…

Azərbaycanda polis rəisinin gəlini qaçırılıb.

BakiPost.az-a daxil olan məlumata görə, hadisə bir həftə əvvəl baş verib. Belə ki, qaçqın rayonlarından birinin polis rəisinin (adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.

Məlumat üçün bildirək ki, rəisin gəlini Ağcabədidə fəlaiyyət göstərən restoranlardan birinin sahibinin qızıdır. Maraqlı məqam bundan ibarətdir ki, iş adamının qızı rəis oğluna deyil, Ağcabədi bazarında qardaşıyla birlikdə satıcılıq edən bir oğlanla ailə qurmağa qərar verib.

Qeyd: rəisin və oğlunun, eləcə də qızın atasının adı bizə bəlli olsa da, müəyyət etik çərçivələrə görə yazmırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button