2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanda şəkər tozu kəskin bahalaşır – Səbəb nədir?

Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.

Paytaxtda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən məhsul iki dəfəyə yaxın bahalaşıb. Belə ki, ötən yay mağazalarda kiloqramı 80-90 qəpiyə satılan şəkər tozu hazırda 1 manat 40 qəpikdir. Həmçinin topdansatış qiymətində də son bir həftə ərzində artım var. Məsələn, indiyə qədər 50 kiloqramlıq şəkər tozu kisəsi qiyməti 67 manata satılırdısa, hazırda 75 manata təklif olunur.

Bəs şəkər tozunun bahalaşması nə ilə əlaqədardır?

Bəs şəkər tozunun bahalaşması nə ilə əlaqədardır?

Araşdırmalar nəticəsində məlum olub ki, son bir ildə şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya-Ukrayna arasında gedən müharibə səbəb olub.

Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb.

Qeyd edək ki, hazırda ətraf ölkələrdə 1 ton şəkər tozunun qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda 1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların tədarükündə heç bir problem yoxdur. (Qafqazinfo)

“24 saat “Azərbaycanda şəkər tozu kəskin bahalaşır – Səbəb nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button