2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda sahibkarlar üçün yeni e-ticarət platforması yaradılıb

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri üçün yeni elektron ticarət (e-ticarət) platformasının beta-versiyası yaradılıb.

Bunu “Goldenpay” şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.

Onun sözlərinə görə, oktyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulan e-ticarət platformasına 50-dək şirkətin məhsulları artıq yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda platformanın beta-versiyası onlayn olaraq mövcud deyil. O, ayrı serverdə yerləşdirilib və hələlik yalnız kommersiya şirkətləri üçün əlçatandır. Sahibkarlıq subyektlərinin sayı müəyyən həddə çatdırıldıqdan sonra, platforma onlayn formatda fəaliyyətə başlayacaq. Elektron ticarət platforması hesab.az daxilində əlavə modul kimi fəaliyyət göstərəcək və istehlakçılar oradan məhsulları ala biləcəklər”, – deyə N. Mehdiyeva qeyd edib.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button