2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda saxta vizalar hazırlayan Pakistan vətəndaşları tutuldu

Ötən ay Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Res­pub­li­ka­sı və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.

DMX-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zesha­nın və Wadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına də­lə­duzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub.

Azərbaycana ilk dəfə gələn, kompüter proq­ramlarının mütəxəssisi olan Basil Ahmad Zes­han saxta viza hazırlanması üçün öz həmvətəni, ölkədə qanunsuz məskunlaşan Wadvan Ahmaddan sifarişi alıb və vizaları Bakı Metro­politenin 28 May stansiyasının yaxınlığındakı internet klubda xüsusi proqram vasitəsilə ha­zır­layıb. Basil Ahmad Zes­han saxta vizaların ha­zır­lanmasında Babar Shahzad adlı digər Pa­kis­tan vətəndaşına məxsus elektron vizanın mə­­lu­mat­la­rı­nı dəyişməklə istifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər 7 nəfərin ölkə ərazisinə Pakistan İslam Respublikasının vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri mə­lum olub. S.U.Rahmanın 2015-ci il sentyabrın 19-da Azərbaycana daxil olduğu, ali təhsil müəssisəsində əyani təh­sil əsasında özünə və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alaraq ölkə ərazisində yaşayışını leqallaşdırdığı, Pakistan İslam Res­publikası vətən­daş­larını işə düzəltmək vədləri ilə aldadaraq müəyyən məbləğdə vəsait qarşılığında ölkəmizə gəti­ril­mə­­lərini təşkil et­diyi müəyyən edilib. S.U.Rahman həm­və­tən­lərini Bakı şəhərində kirayələdiyi müx­təlif ün­van­­larda yerləşdirib.

Eyni zamanda S.U.Rahmanın digər Pakistan vətəndaşı Nabeel Anjumu özünün qanunsuz əməllərinə cəlb etdiyi, N.Anju­mun Azərbaycana gətirilən Pakistan vətən­daş­larının qar­­şılan­ma­sı­nı, yer­ləş­dirilməsini, həm­çi­nin müxtəlif vədlərlə al­da­daraq onların S.U Rahmana müraciət et­mə­lə­­rini təşkil et­di­yi aş­kar edilib. Eyni za­man­d­a N.Anjumun bu il iyunun 25-də ölkə ərazisinə daxil ol­duğu və iyulun 26-dan isə respublikada qanun­suz yaşadığı məlum olub.

Saxlanılmış digər Pakistan vətəndaşları Shahzada Abu Ba­kar, Majid Ali, Arslan Ramzan, Adnan Athar, Muhammad Munir, Zahid İmran və Arshad Mahmoodun ölkə əra­zisində qa­nunsuz yaşa­dıq­­la­rı müəy­yən edilib.

Bununla yanaşı, keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Res­pub­­likasının vətən­daşı Ahmed Mo­ham­mad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəyə turist bələd­çi­si qismində çalışmaq məqsədilə gəl­ib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləş­­di­ril­mə­si, bələdçilik və yola sa­lın­ma­sı xidmətini qeyri-rəsmi olaraq göstərib.

Ahmed Mohammad Jarullah Mahmoodun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Shakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda da­vam ediblər.

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində DMX tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.

Xidmət tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­sində tədbirlər da­vam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button