2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda seçkiqabağı vəziyyət: jurnalistlərə “hücum edilir”

Azərbaycanda jurnalistlər fevralın 9-da keçiriləcək erkən parlament seçkiləri öncəsi təzyiq və hücumlara məruz qaldıqlarını deyirlər.

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının Bakının Binəqədi rayonundan deputatlığa namizədi Kəmaləddin Qafarov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının binasında seçicilərlə görüş keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli mətbuatda yayılan videogörüntülərdə Kəmaləddin Qafarovun mühafizəçilərinin jurnalistlərə güc tətbiq etdiyi, onlara fiziki şiddət göstərdiyi görünür.

İddialarla bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi məsələnin araşdırıldığını bildirir.

Mərkəzi Seçki Komissiyasından məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

Görüntülərdə bəzi mətbuat nümayəndələrinin və seçicilərin görüşə buraxılmadığı, görüşə gələnlərin isə ərazidə yerləşən məktəb müəllimlərinin olduğu deyilir.

Deputatlığa namizəd görüşdən çıxdıqdan sonra mətbuat nümayəndələrinin nə üçün görüşə buraxılmadığı sualına cavabında jurnalistləri “mədəniyyətsiz” adlandırıb.

“Mədəniyyət, mədəniyyət, bir də mədəniyyət. Mədəniyyəti olmayan insanlara heç bir intervyu vermərəm”.

Meydan TV-nin jurnalisti Sevinc Vaqifqızı deyir ki, müstəqil media orqanları görüşə buraxılmayıb, görüşdən sonra isə onlara güc tətbiq edilib.

“Kəmaləddin Qafarov jurnaslitlərə tərbiyəsiz dedi, mühafizəçiləri isə jurnalistləri yumruqlayırdılar, onların əl-qolunu burub vururdular. Bizi çox pis vururdular”, o deyir.

Azad Söz səhifəsinin əməkdaşı jurnalist Əvəz Hafizli də Kəmaləddin Qafarovun mühafizəçiləri tərəfindən döyüldüyünü söyləyir.

O, aldığı xəsarətlərdən xəstəxanada müalicə almalı olduğunu bildirib.

“Kəmaləddin Qafarov əli ilə işarə etdi və onun mühafizəçilərindən biri mənim telefonumu alıb çəkilişləri sildi. Ondan sonra ağacın altında mənim qarın nayihəmə vurdu. Xəstəxanada mənə qarın boşluğunun küt travması diaqnozu qoyulub, bundan başqa mədə qanaxması da olub”, jurnalist deyir.

“Polis kənardan baxırdı”

Sevinc Vaqifqızı deyir ki, Kəmaləddin Qafarovun köməkçiləri ilə jurnalistlərin dayandığı yerdən 3-4 metr uzaqlıqda üç nəfər polis dayanıb və olanları müşahidə edib.

“Mən onlara yaxınlaşdım və dedim ki, bəs, buraya nə üçün gəlmisiniz. Cavab verdilər ki, ictimai asayişi qorumaq üçün gəlmişik. Bəs, nə üçün hücumlara qarışmadınız sualına cavab vermədilər, başlarını aşağı salıb getdilər”, – o deyib.

Yerli mətbuatda yayılan görüntülərdə Əvəz Hafizlinin polis maşınından düşən polis əməkdaşına ona xəsarət yetirdiyini dediyi şəxsi göstərdiyi və ondan şikayətçi olduğu görünür. Polis əməkdaşı isə həmin şəxsin yanından keçsə də, hər hansı müdaxilə etməyib.

Əvəz Hafizli bütün məsələlərlə bağlı şikayət etdiyini bildirib.

“Kəmaləddin Qafarov və yanındakı qoçuları ilə bağlı DİN-in 102 xidmətinə şikayət etmişəm və məsələyə Binəqədi Polis İdarəsinin 4-cü polis bölməsi baxır. Şikayətimə baxmayan polis barədə də Daxili İşlər Nazirliyinə şikayət edəcəm. Məhkəməyə müraciət edəcəm və Azərbaycanda məhkəməni uduzsam? Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm”.

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev bildirib ki, məsələnin bütün tərəfləri araşdırırlır.

“Məsələ ilə xəbərdarıq və müvafiq araşdırma aparılır. Məsələnin bütün tərəfləri araşdırılıb hüquqi qiymət veriləcək. Ondan sonra nəticələr barədə məlumat veriləcək”, – o söyləyib.

BBC News Azərbaycanca

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button