2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda ‘siyasi məhbus’ siyahısı yenilənir

“Azərbaycanda 147 siyasi məhbus var”.

Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun məlumatında belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qrup siyasi məhbus siyahısını yenilədiyini bildirir. Həmin siyahıya 147 nəfərin adı daxil edilib.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Onlardan 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i də sosial etirazlarla bağlı həbs olunanlardır. Bundan başqa, bu siyahıda yer alanlardan 10 nəfər dövlət çevrilişinə cəhdə ittiham edilən Səid Dadaşbəylinin qrupuna daxildir, 7-si jurnalist və bloqqer, 3 nəfər də ömürlük məhbusdur. Siyahıda daha 3 siyasətçinin yaxını, 2 şair və yazar, 2 keçmiş məmur və bir də hüquq müdafiəçisi var.

Həbslərinin siyasi motivli olduğu ehtimal edilən 6 məhbusun adı isə siyahıdakı “işləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.

Buna da bax: Rəşadət Axundov: ‘Sorosun universiteti çoxlarında qıcıq yaradır’

“Martda əfv olunan 8 nəfərin adı siyahıdan çıxarılıb. Siyahı üzərində işi davam etdiririk. Növbəti yenilənmə barədə ictimaiyyəti məlumatlandıracağıq”, deyə qrupun məlumatında bildirilir.

Azərbaycanda hüquq müdafiəçilərinin hazırladığı 2 siyasi məhbus siyahısı var.

Siyasi Məhbusların Müdafiə Mərkəzi də aprelin 1-də yenilənmiş siyahı açıqlamışdı. Həmin siyahıya isə 162 nəfərin adı daxil edilib.

Buna da bax:​ ‘FH’: ‘Azərbaycanda vəziyyət Gürcüstan və Ermənistandan pisdir’

Azərbaycan hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə, heç kimin həbs edilmir. Adları siyasi məhbus siyahısında yer alan insanlar isə törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button