2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda son sutkada koronavirus  infeksiyasına 1 896 nəfər yoluxub

Bakı/17.10.21 Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib. 17 039 nəfər aktiv xəstə sayını təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 261, bu günə qədər isə ümumilikdə 5 025 402 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button