2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Azərbaycanda sürücülük vəsiqələri dəyişdiriləcək – DYP-dən açıqlama

Son günlər sosial şəbəkəlrdə Azərbaycanın sürücülük vəsiqəsinin xarici ölkələrdə tanınmaması ilə bağlı geniş müzakirələr aparılır.

Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkədə avtomobil sürmək istəyənlərə problemlər yaradıb. Məsələ burasındadır ki, Azərbaycanın sürücülük vəsiqəsi bəzi Avropa ölkələrində tanınmır. Xaricdə səfərdə olan bir nəfər özünün feysbuk səhifəsində Azərbaycana məxsus sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilmədiyini yazıb. Daha doğrusu, icarəyə avtomobil götürə bilməyib.Buna səbəb kimi sürücülük vəsiqəsindəki müəyyən çatışmazlıqlar göstərilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan “Yol hərəkəti haqqında Vyana konvensiyasına” qoşulub. Konvensiyaya qoşulan ölkələr bir-birinin sürücülük vəsiqələrini tanıyır.

İddiaya görə, milli sürücülük vəsiqəsindəki müəyyən həriflər latın qrafikasında olmadığı üçün bəzi ölkələr bunu tanımır. Kamran Əliyevin bu cür vəziyyətlə üzləşən şəxslərə tövsiyyəsi də var.

Saytların yığılması Saytlarin yigilmasi

 

Gələcəkdə ümumvətəndaş pasportunda olduğu kimi, sürücülük vəsiqəsində də ad və soyadların Azərbaycan və İngilis dillərində yazılması məsələsinə gəldikdə isə şöbə rəisi bunun gündəmdə olmadığını bildirdi.

Yeri gəlmişkən, sürücülük vəsiqələrinin xarici ölkələrdə keçərli olmaması ilə bağlı yayılan xəbər səs-küyə səbəb olub. BDYP-dən “Avtostop”-a verilən məlumata görə, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardılar. BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik Milli Məclisin gündəliyinə daxil ediləcək və bu məsələ öz həllini tapacaq. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiiləcəkdir.(xezerxeber.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button