2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda təyyarə icarəyə götürmək neçəyədir?

Ombudsman Səbinə Əliyevanın Füzuliyə gedib-gəlmək üçün 30 min manata təyyarə kirayələməsi barədə artıq təkzib olunan məlumat bir məsələni aktuallaşdırdı: ölkəmizdə təyyarə və helikopter icarəsi necə həyata keçirilir və neçəyədir?

Azərbaycan regionlarına özəl səfərləri təşkil edən ən böyük aviasiya mərkəzi 2007-ci ildə yaranan “ASG Business Aviation”dır.

“ASG Business Aviation”un balansında 5 özəl təyyarə var: Atr 42-500 və 4 ədəd “Qolfstrim” (G450, G280, G550 və G650).

Saytların yığılması Saytlarin yigilmasi

“ASG Business Aviation” şirkətindən qiymətlərlə bağlı ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, uçuşlar istiqamət, tarix və sərnişin sayına görə hesablanır:

“Aviaşirkət yalnız çarter reysləri ilə məşğul olur, buna görə də vahid qiymət yoxdur. Məsələn, АTR 42-500 hava gəmisində Bakı-Füzuli-Bakı istiqamətində çarter reysinin qiyməti 18000 USD (30600 manat) təşkil edir”.

Şirkətin nəzdində olan Zabrat aeroportunda yerləşən “ASG Helikopter Servis”in balansında isə Sikorsky S-92A, Leonardo Helicopters AW139,AW109SP, MI 8 AMT, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, həmçinin Cessna 172S helikopterləri mövcuddur.

Helikopter uçuşları ilə bağlı şirkətdən bildirilib ki, hava nəqliyyatı yalnız ölkədaxili regionlara çarter reysləri həyata keçirir:

“Helikopterlərlə ekskursiya gəzintilərinə icazə verilmir. Qiymətlər isə istiqamətdən asılı olaraq dəyişir. Məsələn, Zabrat-Quba-Zabrat çarter reysinin qiyməti 12000 manatdır. Bu qiymətə helikopterin 2 saat pulsuz gözləməsi daxildir. Əgər müştəri 2 saatdan artıq ləngiyərsə, əlavə vəsait ödəməlidir, əks halda helikopter geri qayıdır”.

Həmçinin şirkətdən bildirilib ki, hazırda helikoterlərin icarəyə verilməsi xidməti yoxdur. Balansda olan VİP helikopter isə hazırda fəaliyyət göstərmir. (axar.az)

24 saat” “Azərbaycanda təyyarə icarəyə götürmək neçəyədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button