2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Azərbaycanda təyyarə taksilərə ehtiyac varmı?

Ərşad Hüseynov: “Belə bir xidmətin yaradılması mümkündür, amma…”

Məlum olduğu kimi, Gürcüstanda yaxın günlərdə təyyarə taksilər istifadəyə veriləcək. Gürcüstandan qonşu regionlara sərnişin daşıyacaq təyuyarə taksilərin qiyməti ərazinin uzaqlığına görə dəyişəcək.
Bəs Azərbaycanda necə, təyyarə taksilərdən istifadə mümkündürmü? Yoxsa bu, ölkəmiz üçün yalnız uzaq perspektivdə reallaşa bilər?
Moderator.az-a açıqlama verən nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bunun ölkəmizdə də mümkün olduğunu vurğuladı:
“Təbii ki, belə bir xidmətdən Azərbaycanda da istifadə etmək mümkündür. Lakin bunun üçün öncə belə bir xidmətə nə qədər ehtiyac olub-olmadığı müəyyənləşdirilməli, habelə kimsə, hansısa şirkət bu xidməti təşkil etməlidir. Əgər belə bir xidmətin mövcudluğuna ehtiyac olduğu məlum olsa, o zaman Azərbaycanda da təyyarə taksilərdən istifadə etmək mümkündür”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button