2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda tarixi abidələrə qəsd – İcra başçısı Alban kilsəsini çayxana edib! (FOTOLAR)

“Meliorasiya və Su Təsərrüfatı” ASC-ninn sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadəninn rəhbərlik etdiyi rayonda Azərbaycanınn tarixi abidələrinə qarşı ögey münasibət yerli sakinləri narazaı salıb.

Bu barədə Strateq.az-a yerli sakinlər tərəfindən faktları təsdiq edən çoxsaylı maraqlı fotolar daxil olub.

Bildirilir ki, Mübariz Əhmədzadə Zaqatala rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra rayonnda nəniki yaşıllıq ərazilər məhv edilərək, yerlərində ticarət məqsədli obyektləri tikilib, hətta rayonun tarixi abidələri də ayrı-ayrı şəxslərin sərəncamına verilərək, biznes təyinatlı istifadə olunmağa başlayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Bəli, Mübariz Əhmədzadə bu dəfə Azərbaycanın tarixi abidələrini məhv etmək fikrinə düşüb. Sizə göndərdiyimiz fotolara diqqət edib, o, Azərbaycanın qədim ərazilərindən olan Zaqatala şəhərinin mərkəzində yerləşən, böyük bir tarixi özündə əks elətdirən, Azərbaycanın qədim bir tarixi olmasının bariz nümunələrindən olan V-VI əsrə aid Alban kilsəsini çay evi kimi icarəyə verib. Təsəvvür edin ki, kilsənin bir otağı hörülərək dəmir qapı qoyulub, qapı qıfıl ilə bağlanaraq anbar kimi istifadə edilir. Bu özbaşınalıq və cinayət tərkibli əməlinə isə Mədəniyyət və Turizm Nazirliyinin Zaqatala üzrə nümayəndəsi Zümrüd Atakişiyevə və Tərlan Əhmədov şərait yaradır. Yəqin buna görədir ki, adıçəkilənlər dəfələrlə “içtimai-siyasi həyatda fəal iştiraklarına görə” mükafatı alıblar. Bunun adı rüsvayçılıqdır, Azərbaycann tarixinə qəsdir.

Bu insanların əməli “sapı özümüzdən olan balta” misalına uyğundu və içimizdə olan belə vandallar, tariximizi yox etməyə çalışanlar olduqca, bizlərə düşmən lazım deyil”.

Sonda yerli sakinlər mətbuatda xahiş ediblər ki, tariximizin məmurlar tərəfindən məhv edilməsinə imkan verməyək: “Biz işğal altındakı torpaqlarımızda olan abidələrin dağıdılması ilə bağlı dünyaya səs salırıq, bunlar isə Zaqatalanı işğal edib, qədim abidəni çay evi edirlər”.

Şikayətdə adı çəkilənlərin mövqeyini də dinləməyə hazırıq.

Strateq.az  rayondakı abidələrə göstərilən ögey münasibəti əks etdirən fotoları da təqdim edir:abide-zaqatala-3 abide-kafe-zaqatala

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button