2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda 'Tülallar'dan qızıl çıxarılacaq

Azərbaycanda yeni qızıl yatağının hasilatına başlanıb. Fevralın 14-də “AzerGold” QSC Azərbaycanın Göygöl rayonundakı “Tülallar” yatağında qızıl hasilatına başlandığını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, “Tülallar” “AzerGold”un istismara verdiyi dördüncü yataqdır. O, sovet dövründə kəşf edilib, lakin geniş şəkildə kəşfiyyata alınmayıb. 2017-ci ildən “AzerGold” geoloqları geniş araşdırma aparıblar: “2022-ci ildə beynəlxalq məsləhətçi “Micon International Limited” ilkin mərhələdə yerin təkində “Tülallar” yatağının ehtiyatlarını 298 min unsiya qızıl, çıxarıla biləcək həcmi isə 85 min unsiya təsdiq edib”.

“AzerGold” QSC habelə “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” yataqlarını da istismar edir.

Azərbaycanda daha bir qızıl hasilatçısı – Britaniyanın “Anglo Asian Mining” şirkəti (1997-ci ildən) fəaliyyət göstərir.

Hazırda dünyada 1 unsiya qızıl 1870 dollara bərabərdir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button