2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır – TƏHLÜKƏ

“Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır. Bu hal bizi narahat etməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

H. Qədirova qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button