2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti daha iki ay uzadıldı

Yayımlandı: 23 Avqust 2022 21:41

Baş nazir yeni qərar imzalayıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti bu ilin noyabrın 1-i saat 06:00-dək uzadılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Baş nazir Əli Əsədov avqustun 23-də qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il noyabrın 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycanda sonuncu dəfə karantin rejimi iyunun 20-də uzadılıb, sentyabrın 1-də bitməli idi.

Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayıldı.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox insanın öldüyü açıqlanıb.

Azərbaycanda son məlumata görə, ümumilikdə 809 min 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 9 min 795 nəfərin vəfat etdiyi bildirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button