2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda yaradılacaq vaksinlə bağlı açıqlama

Ötən həftə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.

Bundan sonra sosial şəbəkələrdə vaksinin nə vaxt hazır olacağı, tərkibi, bu işə hansı mütəxəssislərin cəlb olunacağı, hətta vaksinin adının nə olacağı haqda informasiya maraq doğurub. “Qafqazinfo” bütün bu suallarla bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev cavablayıb.

Direktorun yaradılacaq vaksinlə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

“Verilmiş informasiyada uzun illərdən sonra ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturasının tədqiqatlarına start verildiyi qeyd olunub. İnformasiyadan göründüyü kimi, Azərbaycanda bu istiqamətdə yuxarıda adları çəkilən tədqiqatlara başlanılması üçün insan vücudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla, müxtəlif hüceyrə xətlərinin insan vücudundan kənarda çoxalmasına imkan saxlayan incə hüceyrə kulturası texnologiyası təşkil edir.

İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Uzun illərdən sonra ölkəmizdə bu sahədə tədqiqatlara  start verilməsi ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanmasına və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalara gələcəyə dair böyük ümidlər verir. Azərbaycanda bu sahəyə start verilməsi tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq”. 

Adil Allahverdiyev əlavə edib ki, qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button