2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda Zəfər Günü qeyd edilir

Bu gün, noyabrın 8-i Azərbaycanda təntənəli şəkildə İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb.

Döyüşlərdə Azərbaycan qoşunları Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və başqa bir sıra əraziləri işğaldan azad edib

Noyabrın 8-də də Dağlıq Qarabağda Şuşa şəhərini Azərbaycan ordusu geri alıb. Bundan iki gün sonra, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs və daha bir sıra məsələlərlə bağlı razılaşma əldə edilib. Üç tərəfin imzaladığı (Azərbaycan, Ermənistan və Rusiya) həmin razılaşmaya əsasən də, Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsinə Azərbaycan nəzarəti bərpa edib.

Habelə Laçın dəhlizində (Laçın şəhərindən keçməklə 10 kilometr enində) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Lakin bu il Azərbaycan tərəfində Laçın dəhlizinə eyni adlı şəhərdən yan keçən alternativ yol çəkilib. Bununla da Laçın şəhəri də Azərbaycanın nəzarətinə keçib. Yeni dəhlizin isə bir qəsəbə və daha bir neçə kəndin ərazisindən keçdiyi deyilir.

44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb. Yaralananların dəqiq rəsmi sayı bildirilməsə də, onlardan 3 min civarında hərbçinin əlillik aldığı açıqlanıb.

Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdikləri bildirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button