2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda zəlzələlərin sayı çoxalacaq

“Ötən il Azərbaycanda maqnitudası 6-dan yuxarı olan 15 zəlzələ qeydə alınıb. Cari ilin yanvar ayından indiyədək 6-7 güclü zəlzələ olub. Bu rəqəm aydın göstərir ki, 2016-cı ildə zəlzələlərin sayı çoxalacaq”.

Bunu azvision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, dünyada baş verən zələlələrin sayının artması Azərbaycanda da yeraltı təkanların olmasına dəlalət etmir: “Azərbaycanda baş verən təkanların maqnitudası 3-ə bərabərdir. Bu tipli zəlzələlər bölgə üçün xarakterikdir. Respublikanın seysimoloji mərkəzlərində fon səviyyəsindədir. Hələ ki, rejim müşahidələri aparırırq, gündəlik analizlər edirik. Yaxın günlər üçün ölkəmizdə katastrofik zəlzələlər gözlənilmir. Düzdür, yeraltı təkanlar hər gün qeydə alınır və olmalıdır. Ancaq Rixter cədvəli üzrə maqnitudası 6-dan yuxarı olan zəlzələ gözlənilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bu günlərdə Türkiyənin zəlzələ proqnoz və araşdırma mərkəzi ilə dünyadakı seysmik fəallıqla bağlı araşdırmalar aparan zəlzələ tədqiqatçısı Əhməd Yaqut 2016-ci ildə qlobal fəlakət və meqa zəlzələ ilə bağlı xəbərdarlıq edib.

Ə.Yaqut bildirib ki, 2016-cı il güclü zəlzələlər ili olacaq, həmçinin güclü zəlzələnin baş verəcəyi yeri də proqnozlaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button