2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycandakı əcnəbilərin qanunu pozması – RƏSMİ

2016-cı ilin avqust ayında 3478 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bu haqda Dövlət Miqrasiya Xidmətindən (DMX) Modern.az-a verilən məlumatda bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Məlumata görə, onlardan 22-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub.

 

255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2373 əcnəbinin Azərbaycan  ərazisini 48 saat ərzində tərk etmələri, 828 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

 

Ümumiyyətlə, ay  ərzində DMX-yə 8862 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

 

Bunlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlıdır.

 

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 95985 əcnəbinin müraciəti qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button