2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycandakı korrupsioner rejim artıq qlobal problemə çevrilib

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Azərbaycan hakimiyyəti ilə korrupsiya əlaqələrinin bir sıra ölkə və təşkilatlarda qalmaqala səbəb olması barədə yazıb. Yazını təqdim edirik:

Azərbaycan hakimiyyəti qlobal bəlaya çevrilib. Bütün dünyaya virus yayır – korrupsiya virusu.

Saytların yığılması Saytlarin yigilmasi

Bunların korrupsiyası sayəsində AŞPA bütövlükdə bir beynəlxalq təşkilat kimi nüfuzdan düşdü. İndi çarə axtarırlar ki, bunların batırdığı çamurdan Avropa Şurasını necə xilas etsinlər. Rumuniyadan Maltaya, Gürcüstandan İtaliyaya, Çerneqoriyadan Türkiyəyə, Rusiyadan İsveçə, Dubaydan Avstriyaya, Baltikyanı ölkələrdən Fransaya qədər harada korrupsiya mövzusu araşdırılırsa, oradan bunların əlləri və şirkətləri çıxır. Ofşorlardan isə danışmağa dəyməz. Panamadan Vircin adalarına qədər bütün ofşor zonların “qəhrəmanıdırlar”.

Bu “qlobal virus” artıq siyasətdən kənar sahələrə də nüfuz edir. Öz legionerlərinə medal qazandırmaq üçün beynəlxalq idman federasiyalarını satın almağa cəhd edirlər. Avroviziya yarışmasının rəhbərliyi bu hakimiyyətin korrupsiyasından qorunmaq üçün xüsusi tədbirlər görməyə məcbur oldu. Vaxtilə bu “virusun” yayılmasına, yayılaraq Azərbaycan xalqını məhv etməsinə göz yuman bəzi Qərb dairələri artıq özləri də onun qurbanına çevrilir. Vaxtilə Böyük Britaniya Birləşmiş Krallığının şahzadəsini parlamentdə Azərbaycan hakimiyyətilə sıx əlaqələrinə görə mühakimə etmişdilər. İndi hətta ABŞ prezidenti Trampın da bunlarla biznes əlaqəsinə görə başı ağrıyır. Rəqibləri vaxtaşırı bu keçmiş əlaqələrdən ona qarşı istifadə edir. Bu əlaqələrdən “təmizlənmək” məqsədilə Tramp hətta məcbur olub Bakıdakı biznesini də bağladı. İndi də Malta bunların “virusu” ilə qarışıb.

Görürsünüzmü, bu acgözlər necə bir qlobal bəlaya çevrilib, təkcə xalqımıza deyil, bütün bəşəriyyətə ziyan vurmaqla məşğuldur? Tibbdə də belə olur. Təhlükəli viruslar yalnız geniş yayılıb, epidemiyaya çevriləndən, bütövlükdə insanlığa ziyan vurduqdan sonra onlarla ciddi məşğul olub, onlara qarşı peyvənd tapırlar. Azərbaycandakı korrupsioner rejim də artıq qlobal problemə çevrilib. İndi onun ziyanını təkcə azərbaycanlılar çəkmir. Deməli, bu “qlobal virusa” qarşı “anti-virusun” tapılmasına da çox qalmayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button