2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycandakı korrupsiyanın başında İlham Əliyev durur

Milli Şuranın sədri Cəmil Həsənli

Dünənki yazımda Saltıkov Şedrindən misalı əbəs yerə çəkməmişdim. 100-150 il keçməsinə baxmayaraq bizdə də çoxları Axundovun, Zərdabinin, Əhməd Ağaoğlunun, Mirzə Cəlilin zəmanəsindəki babalarından çox az fərqlənir. Təhlükə böyükdür. Bizim başı bəlalı siyahı haqqında müzakirələri müşahidə edəndə bir daha özünə sual verməli olursan ki, aya görəsən bir Mirzə Fətəlinin millətiyik, ya onun personajlarının? Cavab çox sadədir: bir zamanlar min bir əziyyət hesabına Böyük Mirzənin ictimai həyatdan qovduğu falçı XXI əsrdə onun vətənini idarə edən nazirlərin otağından çıxır, ölkənin televiziyasında fal açır.

Saytların yığılması Saytlarin yigilmasi

100-150 il bundan əvvəl olduğu kimi hələ də bu məmləkətdə həqiqəti demək müşkül məsələ olaraq qalır. Bir zamanlar həqiqəti dediyinə görə Mirzə Fətəlinin cəsədi 3 gün quru taxt üstündə qaldı, dəfn olmağa qoymadılar. Bakı küçələrində Həsən bəy üçün “Ömər toyu” edib onu ələ saldılar, Şuşada Firəng Əhmədin gözünü tökdülər, dilinin ucunda olan həqiqəti ifadə etdiyinə görə Əli bəyi cəlayi vətən etdilər, Mirzə Cəlili qapı arasında qoyub qabırğalarını sındırdılar, Sabirin bişirdiyi sabunla kirli cəmdəyini yumaq əvəzinə onun sabun tiyanını oğurladırlar. Səbəb? Cəhalət! Cəhalət! Yenə də cəhalət! Zərdabi min bir əziyyət hesabına nəşr etdiyi “Əkinci” ni yerlərə göndərib xalqı maarifləndirmək istəyəndə qəzetin üzün açmadan: “bu naşir bilməyir ki, padşahın sadiq nökərləri şəxsi mətbəədə çap olunmuş ruznamələri oxumaz” yazıb Həsən bəyə geri göndərdilər. Zaman dəyişir xislət dəyişmir: 150 il sonra da padşahın sadiq nökərləri, Əliyev xanədanının qapı qulları öz eybəcərliyini islah etmək əvəzinə, həmin eybəcərliyi göstərən güzgünü sındırmaqla hədələyir.

Milli Şuranın seçkidən 12 gün əvvəl açıqladığı və ölkənin ən mötəbər informasiya orqanı olan Turan Agentliyinin 3 dildə tirajladığı başı bəlalı siyahı sankı seçki prosesinin pozulmasının, seçki saxtakarlığının başlıca dayaq nöqtəsi imiş. Və sən demə bu siyahı açıqlanmasaymış millət Səxavət Soltanlıya hurreylə, böyük ruh yüksəkliyi ilə axışıb basa-basla səs verməyin təşnəsindəymiş, ya Samir bəy Kazımlının təlimxanasından keçmiş müşahidəçiləri saxtakarlığın qabağın alacaqmış, biz buna mane olmuşuq. Bu məsələdə həşir salan hər kəsin qayğıların, ehtiyacların və niyyətlərin anlayırıq. Amma bunların heç biri bizi Əliyev rejiminin seçki saxtakarlığın ifşa etməkdən yayındıra bilməz.

Seçki aktivliyi və ruh yüksəkliyi deyib həşir salanların heç birisi nədənsə XXI əsrin seçki texnologiyalarından istifadə etməyi özlərinə rəva bilmədilər. Ay canım – gözüm aktivlik istəyirsiniz, indi dərvişlik zamanəsi deyil, çıxın sizə pulsuz efir vaxtı verən və üzünüzə açılmayan qapılardan da mənzillərə daxil olan Osmanqızı kanalına, Turan tv efirinə izhar edin öz platformalarınızı, fikir və məramınızı. Döşəyin ölkəni bu günə və sizləri müzir vəziyyətə salan Əliyev rejiminin qabırğasına. Edə bilmirsiniz. Çünki məzkur səliqəli seçki İlham Əliyev rejimi ilə yanaşı sizlərə də sərf edir. Çünki hələ də içərinizdə, qəlbinizin dərinliyində saxta bir ümid qalıb ki, bəlkə bu saxta seçkilərdən sizədə bir pay düşdü. Axı siz hansı seçki fəallığından danışırsınız ki, lap bu yaxınlarda ölkədə fəaliyyət göstərən iki mötəbər media qurumunun (Azadlıq radiosu və Kanal 13) sorğusunda iştirak edən respondetlərin 84-85 faizi bildirdi ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur və seçkidə iştirak etməyəcəklər.

Milli Şuranın seçkidə iştirak etməməsinin səbəbləri bəllidir. Minumum şərtlər irəli sürdük, dedik bu minumum şərtlərin də minumum hissəsi təmin edilsin, heç olmasa yarısı potensial namizədlərdən ibarət olan siyasi məhbuslar azad edilsin. Etmədilər, eşitmədilər. Azad mətbuat olmayan yerdə, sərbəst toplaşmaq azadlığı təmin edilməyən yerdə nəinki azad, heç yarım azad seçkilər də ola bilməz. Hökumətin natəmiz əməlin, seçki saxtakarlığın, xalqı seçki prosesindən uzaqlaşdıran planın ifşa etmişik, adın demokrat qoyan bir dəstə kriativ cəhalətçi güruh üzərimizə gəlir ki, niyə bunu etmisiniz? Seçkini saxtalaşdıran hökuməti qoyub bizə qarşı kampaniya aparır və bununla da hakimiyyətə ünvanlı trolluq edir.

Bu müzakirələrin gedişində tez-tez istinad edilən məqam özünüz iki dəfə parlamentə seçilmisiniz, həmin dövrlə müqayisədə nə dəyişib? Ayrı bir yazı ilə bu məsələyə aydınlıq gətirəcəyəm. Amma bir cümlə deyim ki, 2000-ci ildə proporsional seçki sistemi ilə parlamentə seçiləndən sonra Milli Məclisdə birinci çıxışım seçkilərin saxta keçirilməsi haqqında olub. Daha ətraflı gələn postda yazaram. Siyahının müzakirəsində “ədalət” axtarışına çıxan bir dostumuz Tofiq Yaqublu bəyi ədalətli olmağa dəvət edir. Amma nədənsə Müsavatın rəhbər strukturlarına eyni familyadan, eyni ailədən 3-4 nəfər düşəndə və Tofiq bəy kimi həyatını Müsavatçılıq ideyaları uğrunda mübarizəyə sərf etmiş, bu mübarizənin bütün mərhumiyyətlərini yaşamış adam partiyanın Məclisində belə yer almayanda bu “ədalət” anlayışı heç kimin yadına düşmürdü.

İndi Qəribə bir vəziyyət yaranıb: kimi adı siyahıda olduğuna görə, kimi də adı siyahıda olmadığına görə bizə qəzəblidir. Yeri gəlmişkən biz bu seçkilər, orada iştirak edən ayrı-ayrı namizədlər haqqında çox şey bilirik. Amma onların seçki təbliğatına mane olmamaq üçün danışmamağa üstünlük veririk.Başa çatan bu həftənin birinci günü dairə dislokasiyasının yerləşdiyi hər 3 rayonun icra və seçki strukturlarına kimə işləmək, kimə kömək etmək barədə müvafiq tapşırıqlar verilib, adam yekə-yekə “xalqın dəstəyi” ilə seçiləndən sonra bizi dəfn edəcəyi ilə hədələyir. Görünür Natiq bəyi növbəti parlamentdə dəfn komissiyasının sədri qoyacaqlar. Dəfələrlə demişik, yazmışıq hədəfimiz siz deyilsiniz, siyahı da sizə görə elan edilməyib. Hətta çıxışlarımızda vurğulamışıq ki, ölkədə normal şəraitdə seçki olsa, sizin kimi (xüsusi ilə Erkin Qədirli kimi) adamlar parlamentə düşməyə potensial namizədlərdir. Paramenti ələ alıb islahat keçirəcəyik iddiası ilə xalqa vəd verən bir blok vur-tut 30 namizədlə (ikisi hökumət siyahısında yer almaqla) seçkiyə qatıla bildi və bu da parlament yerlərinin heç14 demək deyil. Bu iddiaların, yekəxanalığın kökü haradan gəlir? İndi o barədə yazıb “dostlarımızın” seçki kampaniyasına mane olmaq istəmirik, seçkidən sonra bu məsələyə qayıdarıq. Bircə cümlə deyim ki, Parlamenti ələ almağa, içəridən islahat keçirməyə, ölkəni idarə etməyə iddialı olan kreativ bir komandanın başıçısı seçki kampaniyasının ən qızğın vaxtında ölkənin ən böyük siyasi hadisəsini bozbaş səviyyəsinə endirməkdən qabağa gedə bilmədi. Bax, bu doğrudan da kədərli və məyusedicidir.

Bu müzakirələrin gedişində tez-tez bizə keçmişimiz xatırlanır. Şübhəsiz ki, çoxları kimi biz də səhfsiz olmamışıq. Elə bir iddiamız da yoxdur. Lakin axı, Siz yeni nəsilsiniz və cəmiyyət sizdən dah çox şey gözləyir. Mənim keçmişimə gəldikdə isə sizin tez-tez istinad etdiyiniz parlamentin trubunasından mən demişəm ki, Azərbaycandakı korrupsiyanın başında İlham Əliyev və onun ailə üzvləri dayanır, elə həmin parlamentdə mən Cəlal Əliyevə demişəm ki, bu ölkə nə sizin, nə də sizin qardaşınız oğlunun votçinası deyil, özünü ədəbli apar. Zakir Qaralovu parlamentdə təsdiqə gətirən Məclisin tribunasından demişəm ki bu adam cinayət işin saxtalaşdırmağa görə prokurorluq orqanlarından uzaqlaşdırılıb, Qaralov yeganə rayon prokuroru olub ki, işlədiyi rayonun polis rəisi onu KPZ-yə salıb bir gecə saxlayıb. Axı siz necə belə imici olan bir adamı baş prokuror təyin edirsiniz. Belə misallar çoxdur. Amma indi bizi bəyənməyən namizədlər nəinki bu sözləri seçki kampaniyasında, heç yuxusunda da sayıqlaya bilməz. Bax, fərq budur!

Elan etdiyimiz siyahıda bəzi dəyişikliklərin ola biləcəyi istisna edilmir. Biz prosesləri diqqətlə izləyirik. Təxminən 5-6 dairə haqqında son qərarlar verilməyib. Bəlkə də verilib, biz məlumatsızızıq. Lakin bütün hallarda hakimiyyət Milli Şuranın elan etdiyi siyahıda bəzi dəyişikliklər etməyə məhkumdur. Bütün hallarda bu dəyişikliklərin sayı 10-dan çox ola bilməz. Bunlar əsasən 35, 43, 44, 54, 62, 79, 95, 108, 113-cü dairələrdir. Son hadisədən sonra 31-ci dairə də dəyikiikliyin olma ehtimalı istisna edilmir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button