2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycandan 5 milyard dollar hara gedib?

Mərkəzi Bank bildirir ki, 2021-ci ildə Azərbaycandan kapital axını 5 052,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur. MB bu həcmin içində nə qədər xalis kapital çıxışı olduğunu və hansı ölkələrin iqtisadiyyatına yatırıldığını açıqlamayıb.

Mərkəzi Bankın ötən ilin 9 ayının yekunları ilə bağlı məlumatında Azərbaycandan xarici ölkələrə cəmi 501 milyon dollar birbaşa investisiya yatırıldığı qeyd olunmuşdu. Həmin vəsaitin ünvanı belə olub: Birləşmiş Krallıq – 107 milyon dollar, Türkiyə – 82 milyon, Gürcüstan – 57,6 milyon, ABŞ – 57,2 milyon, Malta 46 milyon, Monteneqro – 21 milyon, Rusiya 12 milyon  və s.

ÜDM-in həcmi 48 milyard, büdcəsi 18 milyard dollar olan ölkə üçün 5 milyard dollarlıq kapital çıxışı kifayət qədər böyük rəqəmdir. Ölkənin özünün xarici sərmayələrə ehtiyac olduğu və ölkə rəhbərliyinin bunu təşviq etdiyi halda, maraqlıdır, Azərbaycandan bu həcmdə vəsaitlər hara gedir? 

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 2020-ci ildə isə Azərbaycandan 2.4 milyardlıq xalis kapital çıxışı tədiyyə balansında kəsirin əsas səbəbi idi. Həmin ildə kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiyaları formasında, 1,4 milyard dollarıq hissəsi isə “digər investisiyalar” (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferi təşkil etmişdi.

Azərbaycanlı sahibkarların investisiya yatırdığı ilk 5 ölkənin siyahısına gəlincə bunlar Türkiyə (334 milyon dollar), ABŞ (171 milyon dollar), Lüksemburq (123 milyon dollar), Monteneqro (101 milyon dollar) və Rusiya (95 milyon dollar) tutur.

Azərbaycandan Türkiyəyə istiqamətlənən vəsaitlərin əsas hissəsi daşınmaz əmlak sektoruna yatırılır. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur.

Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, ötən il Gürcüstan iqtisadiyyatına qoyulan 1,1 milyard dollar xarici investisiyanın 157 milyon dolları Azərbaycan investorlarının payına düşür. 

İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycandan kapital axınının artması bir çox səbəblərlə bağlıdır. Ekspertin sözlərinə görə, Azərbaycandan dividentlər qazanan qeyri rezidentlərin gəlirlərinin artması və onların bir hissəsinin ölkədə çıxarılması bura aid edilə bilər. “Çünki neft sektorunda xidmət göstərən qeyri-rezidentlərin gəlirləri artıb. Bu, neftin dünya bazarında yüksək qiymətlərə satılması ilə bağlıdır. Onların bir çoxu da gəlirlərini ölkədən çıxarırılar”, – iqtisadçı əlavə edib. 

N.Cəfərli deyir ki, ölkədə investisiya mühitinin yaxşı olmaması da nəticə etibarı ilə kapitalın ölkədən çıxarılmasına, Türkiyə, Gürcüstan kimi ölkələrin iqtisadiyyatına yatırılmasına səbəb olur: “Türkiyənin əmlak reyestr xidməti dəfələrlə açıqlama verib ki, Azərbaycan vətəndaşları daşınmaz əmlak alışında ya ilk üçlükdə, ya ilk beşlikdə yer alırlar. Bu da kifayət qədər ciddi göstəricidir”. 

İqtisadçı hesab edir ki, ölkədə investisiya şəraiti yaxşı olmadıqca kapitalın axını davam edəcək. “Ölkədə normal iqtisadi mühit olsaydı bu vəsaitlərin böyü bir qismi kiçik və orta sahibkarlığa, digər iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinə investisiya şəkilində qoyula bilərdi”, – Natiq Cəfərli vurğulayıb.

Turqut

24 saat” “Azərbaycandan 5 milyard dollar hara gedib?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button