2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycandan Avropaya 18 mlrd. kubmetrdən çox təbii qaz nəql olunub

Kommersiya əməliyyatlarının başlanmasından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Avropaya 18 mlrd. kubmetrdən çox qaz nəql edilib.

Bu barədə TAP konsorsiumu “Twitter” hesabında paylaşım edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Daha bir mərhələ! Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 mlrd. kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib. TAP-ın gücü Avropanın Enerji Təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər”, – paylaşımda qeyd olunur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

“24 saat “Azərbaycandan Avropaya 18 mlrd. kubmetrdən çox təbii qaz nəql olunub” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button