2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycandan keçən 178 kiloqram heroin Gürcüstanda tutuldu

Gürcüstanın Batumi limanının gömrük xidməti əməkdaşları xüsusi saxlanc yerində 178 kiloqram heroin gizlədilmiş trayleri saxlayıb.

Virtualaz.org xəbər verir ki, gürcü KİV-lərinin az əvvəl yaydıqları məlumata görə traylerin sürücüsü Hollandiya vətəndaşıdır. Avtomobil İrandan Azərbaycan ərazisinə daxil olub, buradan tranzit hərəkət edərək Gürcüstan ərazisinə keçib. Traylerin marşrutu Batumi limanından bərə ilə Ukraynaya hərəkət etmək idi. Bildirilir ki, yaxın saatlarda Gürcüstan DİN bu haqda rəsmi açıqlama yayacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button