2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycandan Ukraynaya növbəti yardım göndərilib

Rəsmi məlumata görə, indiyə qədər Azərbaycandan Ukaynaya 30 milyon manata yaxın yumanitar yardım göndərilib

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ukraynaya əsasən elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda vurğulanır ki, Ukraynanın müraciətinə uyğun olaraq yardım mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə göndərilib.

Məlumatda bildirilir ki, 45 güc transformatoru və 50 generatorun yükləndiyi ilk maşın karvanı Ukraynanın Azərbaycandakı səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağından yola salınıb.

Nazirliyin məlumatında qeyd olunur ki, dəyəri təxminən 1 milyon 422 min manat olan humanitar yükün növbəti hissəsi yaxın günlərdə yola salınacaq.

“Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib” -Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button