2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycanı ətin sıçrayışlı bahalaşması gözləyir

Ölkəmiz daha çox ət istehlak edən ölkələrdən biridir. Amma son illər bu qida məhsulu ölkədə bahalaşmaqdadır.

«Əhalinin gəlirlərinin azalması ilə bundan hamı istifadə edə bilmir. Üstəlik, ölkədə ət daha da bahalaşa bilər və buna səbəb pambıqdır. Belə ki, hökumət «ağ qızıl»ın inkişafı istiqamətini götürüb. Bu, bir tərəfdən yaxşıdır. Digər tərəfdən ətin qiymətinin bahalaşmasına səbəb ola bilər», – deyə ekspertlər qəzetə bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertlər vurğulayır ki, mal-qaranın yemləndiyi örüş yerləri texniki bitkilərin əkin yerinə çevrilib. Bəzi regionlarda heyvanların yemlənməsinə örüş qalmayıb, yem bahalaşıb:

«Təbii ki, bu hallar yaxın zamanlarda ölkədə ətin bahalanmasına səbəb olacaq. Nəzərə alsaq ki, Azərbaycanda Yeni ilə yaxın qiymətlər həmişə bahalaşır. Odur ki, bu proses sürətlənə bilər».

Ekspertlərə görə, bahalaşma təkcə ət və ət məhsulları ilə bitmir. Süd və süd məhsullarının da qiyməti artmaqdadır:

«İribuynuzlu heyvan üçün «dərz»in (ot bağlaması) biri üç dəfədən çox bahalaşıb. 1 manat 20 qəpikdən 4 manata qalxıb. Odur ki, bu amil həm ət, həm də süd və süd məhsullarını ən azı 20 faiz bahalaşdıracaq».

Yazıda bildirilməsinə görə, bəzi fermerlər yem bitkiləri əkmək istəyiblər. Amma ekspertlərin deməsinə görə, onlar bir növ pambıq əkmək zorunda qalırlar:

«Mahiyyəti etibarilə, dövlət fermerlərə pambıq əkilməsini sadəcə «sırıyıb». Bu ərazilərdə suvarma sistemi yoxdur. Odur ki, ən yaxın vaxtda ətin bahalanması gözlənilir. Pambıq əkini artdıqca, ət azalacaq və «qızıl qiyməti»nə qalxacaq».
Exo qəzeti

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button