2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanı hədələdikdən sonra öldürülən terrorçu kimdir? – ŞOK DETALLAR – FOTOLAR

Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyidinin fotoları ictimailəşdirilib.

Azərbaycanı terror aktları ilə hədələyən həmin şəxs əslən Kürdəmir rayonundan olan, ağır cinayətlər törətdiyinə görə əvvəllər məhkum edilmiş, 24 dekabr 1978-ci il təvəllüdlü İslamov Ramil Akif oğludur. O, təxminən 18 il əvvəl Kürdəmirdə “Qızıl Natiq” adi ilə tanınan biznesmeni qətlə yetirən qrupun üzvü olub və cinayətdən bir neçə ay sonra tutulub. Məhbus həyatı zamanı radikal dini təriqətlərdən birinin təsiri altına düşən Ramil İslamov daha sonra Azərbaycandan çıxıb və terrorçuların nəzarətində olan ərazilərdə yaşayıb.

Digər məlumata görə, Ramil İslamov Kürdəmirdə doğulub böyüsə də, sonradan Bakı şəhərinin Sabunçu rayonuna qeydiyyata düşüb. (lent.az)

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button