2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanı Suriyaya çevirənlər kimdir?

Ataxan Əbilov

Azərbaycandakı avtoritar rejimin zor aparatının fəallığı gündən-günə artır. Vətəndaşlar əsassız olaraq müxtəlif bəhanələrlə, eyni zamanda heç bir rəsmiləşdirmə aparılmadan ora-bura çağrılır, dindirilir, onlara hədə-qorxu gəlinir, psixi təziqlərə məruz qoyulur.

Saytların yığılması Saytlarin yigilmasi

Çağırılanların demək olar ki, hamısına edilən psixoloji təziq “Siz Azərbaycanı Suriyaya çevirmək istəyirsiniz”, və yaxud da “Siz Azərbaycanın Suriyaya çevrilməsinə kömək edirsiniz” məzmununda olan fikirlərlə müşayət edilir. Onu da qeyd edim ki, polisin, xüsusi xidmət orqanların və cəbr aparatının digər strukturların qəzəbinə tuş gələnlər əsasən ölkədə ədalət axtaran və bu yöndə fəallığı ilə seçilən, xüsusən sosial şəbəkələrdə fəal olan insanlarımızdır. Yəni azdan-çoxdan daşı-daş üstündə qalmayan, büsbütün xarabazarlığa çevrilən Suriyanın halından xəbəri olan insanlar. Məntiqlə axı, əslində başqa cür olmalıdır. Mütaliə edən, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən, haqqın yanında yer almaq istəyən, ədalətsizliyə qarşı çıxan bu insanlar necə ola bilər ki, Vətənlərinin Suriyaya çevrilməsində maraqlı ola bilərlər?

Və ümumiyyətlə bu yazıq günə qalan Suriyanı bu günə kimlər qoydu? Bunu sıravi vətəndaşlarmı etdi? Əslində qoyulan suallara cavab tapmaq ən azı Suriya eksprimentinin digər yerlərdə təkrarlanmamasına kömək etmiş olmayacaqmı?

Bu gün dünya güclərin at oynatdığı, başlı-başına buraxılan Suriyada baç verənlərin və baş verəcəklərin səbəbləri kimi çox şeylər deyilə biləcək, batan və qalxan imperialistlərdən tutmuş ultra-klerikal və super-sosialistlərə qədər hamını günahkar elan etmək olar. Amma bütün bu elanetmələrdən öncə ortada illərlə zorlanan bir Suriya xalqının özünü ifadəsi var idi ki, onu da hər üç-dörd ildən bir Əsəd ailəsi öz üzərinə götürmüşdü. Hətta ikinci Əsədin Avropada təhsil alması belə bu ailənin düçar olduğu hökmdarlıq xəstəliyini (narsisti) sağalda bilməmişdi.

Bəli, dostlar, razılaşmaya bilərsiniz. Amma fakt faktlığında qalır. Bütün Suriya müsibətlərin başında Əsəd ailəsi durur. Bu gün Azərbaycan Suriya yolula gedir. Azərbaycanı məhz bu yola sürükləyənlərdir Azərbaycanı Suriyaya çevirənlər.

Suriya yolu nədir?

Suriya yolu xalqı mütəşəkkil qaydada özünü ifadə etmək hüququndan məhrum etməkdir, yəni seçkiləri saxtalaşdırmaqdır, seçki yolu ilə siyasi hakimiyyəti dəyişdirməyin mümkün olmamasıdır, yalnız hakimiyyətdə qalmaqdan dolayı mütəmadi olaraq referendum keçirtməklə ölkənin Ana qanununu bir-iki adamın xeyrinə, onların istədiyi kimi yazdırmaqdır.

Suriya yolu ölkəni talan etmək yoludur. Ölkədə iqtisadiyyat qurmamaq, əhalini başlı-başına buraxmaq, hər vasitə ilə onu əzmək, suyunu çıxartmaq, onu başı qapazlı etməkdir Suriya yolu.

Ölkə sərvətlərinin bir ailənin əlində cəmləşdirilməsinə gedən yoldur Suriya yolu. Dünyanın dörd bir tərəfində xalqın pullarıla villalar almaq, xarici banklarda ölkə sərvətini əzizlərinin adına rəsmiləşdirməkdir Suriya yolu. Korrupsiya və rüşvətdir Suriya yolu.

Fəal vətəndaş olacaq qorxusula ölkə insanının savadlanmasına hər cür əngəl törətməklə, təhsili, səhiyyəni məqsədli və sistemli şəkildə məhf etməklə Azərbaycan hər gün bir az da Suriyaya yaxınlaşır.

Dövləti, hüququ ayaqlar altına atmaq, hakimiyyət hərisliyindən dolayı onu istədikləri kimi istismar etməklə, parlamenti, höküməti, məhkəməni bir rəngli, daha doğrusu rəngsiz etməklə Azərbaycan hər gün bir az da Suriyaya yaxınlaşır. Əsrlər boyu cəmiyyətdə formalaşan əxlaqa tüpürməklə, siyasi hakimiyyətə xoş gəlmək üçün hətta qadınlara ərindən boşanmaq şərti qoymaqla, bizdən əvvəlki nəsillərin qurur duyduğu Azərbaycan əxlaqını tamamilə ayaqlar altına atmaqla Azərbaycan hər gün bir az da Suriyaya yaxınlaşır.

Elə isə başlıq kimi çıxardığım suala qayıdıram. Azərbaycanı Suriyaya çevirənlər kimdir? Bütün bu rəzil hərəkətlərdə yer alanlardır Azərbaycanı Suriyaya çevirənlər. Büna görə bütün məsuliyyət də sıravi Azərbaycan vətəndaşının deyil, həmin adamların üzərindədir…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button