2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanın 28 vətəndaşı Almaniyadan qaytarılıb

Bugün, iyunun 1-də Almaniyadan Bakıya 28 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə onlar “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə uyğun göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Readmissiya – başqa ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxslərin geri qəbul edilməsidir.

Xidmətdən bildirildiyinə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Təxminən iki ay əvvəl , martın 31-də də Almaniyadan Bakıya eyni sazişə əsasən 32 nəfər Azərbaycan vətəndaşının gətirildiyi açıqlanmışdı.

Son vaxtlar sosial şəbəkələrdə ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar beləi ddiaları qəbul etmirlər.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

24 saat” “Azərbaycanın 28 vətəndaşı Almaniyadan qaytarılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button