2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanın AŞPA-dakı rüşvət skandalı böyüyür

Almaniyalı deputat Ştrasserin Azərbaycanın siyasi məhbusları ilə bağlı hesabatının parlamentdən keçməsinin qarşısını almaq üçün italiyalı deputat Luka Volontenin 2 milyon 390 min avro rüşvət aldığına dair İtaliya prokurorluğunun istintaqı davam edir. Almaniyanın “Der Tagesspiegel” gündəlik qəzeti bunu “Avropa Şurasının tarixində ən böyük korrupsiya skandalı” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Gələn həftə – aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinin Strasburq görüşlərində bu məsələnin müzakirə olunacağı gözlənilir.

Martın əvvəlində AŞPA-nın baş katibi Wojciech Sawicki mümkün korrupsiya faktı ilə bağlı qurumdan kənar istintaqın aparılması təklifini verib. Avropa Stabillik Təşəbbüsünün (ESI) direktoru Gerald Knaus AŞPA üzvlərinə məktub yazaraq onlardan Sawicki-nin bu təklifini dəstəkləməyi istəyib. O, məktubunda Azərbaycanın illərdir “Kürü diplomatiyası” ilə AŞPA-nın üzvlərini ələ almaq cəhdlərindən bəhs edib. Knaus həm də qeyd edib ki, AŞPA məsələ ilə bağlı qətiyyətli addımlar atmalıdır.

24 apreldə həmçinin Hollandiyalı deputat Pieter Omtzigt və almaniyalı deputat Frank Schwabe-nin təşkilatçılığı, “Amnesti İnternational” Avropa və Mərkəzi Asiya direktoru John Dalhuisen və Avropa Stabillik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knausun spikerliyi ilə Avropa Şurasının binasında “AŞPA-da korrupsiya ittihamları və şəffaflıq” mövzusunda paralel tədbir keçiriləcək. Tədbirdə Azərbaycanın daxil olduğu rüşvət skandalı geniş müzakirə ediləcək.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button