2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanın Avropa standartları səviyyəsinə çatacaq potensialı var.

Çərşənbə axşamı Vaşinqtondakı Vudro Vilson mərkəzində tədqiqatçı alim Odri Altştadtın Azərbaycan haqda yeni kitabının təqdimatı keçirilib. “Post-sovet Azərbaycanda baş tutmayan demokratiya” kitabı professor Odri Altştadtın son illər apadığı tədqiqatların nəticəsidir.

Sovet dövrü və müstəqilliyini qazandığı ilk günlərdən Azərbaycan haqda tədqiqatlar aparan tarixçi-alim kitabında Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında baş verən dəyişikliklər, vətəndaş cəmiyyəti quruculuğu, siyasi müxalifətə qarşı təqiblər, media və insan haqlarının durumu və Azərbaycanın müasir dövrdə qarşılaşdığı risklər kimi məsələlərə toxunub.

Saytların yığılması Saytlarin yigilmasi

Professor Altştadt Amerikanin Səsinin suallarını cavablandırıb.

– Kitabın oxucularının sizin qeydlərinizdən və fikirlərinizdən necə yararlanacaqlarını deyə bilərsinizmi?

– Mən bu kitabı iki müxtəlif baxış bucaqlarından yazmağa çalışmışam. Birincisi, bu kitabda Azərbaycanın 25 illik müstəqillik tarixinə bir tarixçi kimi nəzər salmağa çalışmışam. İkincisi isə, bu kitabda ölkədəki siyasət və islahatlarla bağlı narahatlıqlara diqqət yetirməyə çalışmışam. Mənim ən çox araşdırdığım və oxucuların diqqət yetirməsini istədiyim mövzu Sovetlərin dağılmasından sonra, Azərbaycanın müstəqilliyinin 25 ili ərzində ölkənin siyasətinə və iqtisadiyyatına təsir edən seçimlərdir. Baxmayaraq ki, ölkədə məhdudiyyətlər mövcud olub, ölkənin siyasi və iqtisadi elitasının hadisələrin cərəyanına təsir edən aydın seçimləri olub. Buna misal olaraq, ölkədə kiçik kəsimin zənginləşməsinə kömək edən qərarların qəbulunu deyə bilərik.

– Azərbaycanın insanlarını, tarixini, bütövlükdə regionu araşdıran bir alim kimi, ölkə ilə bağlı hansı xüsusiyyətin demokratik inkişafa ümid verə biləcəyini düşünürsünüz?

– Təhsil sistemindəki problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycan əhalisi hələ də kifayət qədər təhsilli və məlumatlıdır. Deyə bilərəm ki, təhsil sisteminin inkişafı təmin edildiyi halda Azərbaycanın Avropa standartları səviyyəsinə çatacaq potensialı var. Bu bir misaldır. Digər misal təbii sərvətlərdir. Mən burada neft və qazı nəzərdə tutmuram. Misal olaraq, kənd təsərrüfatı inkişafına yararlı olan iqlimi deyə bilərik. Əlavə olaraq, əhalinin çoxluğu və artım nisbəti inkişaf üçün müsbət amillərdəndir. Bütün bunların ölkənin inkişaf etməsinə və demokratik olmasına böyük təsiri ola bilər.

Məncə, ölkə əhalisinin ictimai və fərdi problemlərin açıq müzakirəsinə ehtiyacı duyur. Məsələn, gəlirlərin ədalətli bölünməsi haqqında. İnsanlar bu müzakirələri edə bilsələr, bu müzakirələri etdikləri üçün cəzalandırılmayacaqlarını hiss etsələr demokratiyanın inkişafı üçün qapı yenidən açıla bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button